Üzeyir Hacıbəylinin yubileyi münasibətilə elmi-praktik
konfrans
Üzeyir Hacıbəylinin dövlət səviyyəsində qeyd olunacaq 130 illik yubiley tədbirləri çərçivəsində sentyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında elmi-praktik konfrans keçiriləcək. Bəstəkarlar İttifaqından bildirilib ki, tədbirdə dahi sənətkarın yaradıcılığı və musiqi nəzəriyyəsinin elmi çalarları barədə məruzələr dinləniləcək.
Bundan əlavə,
sentyabrın 25-də Üzeyir Hacıbəylinin
xatirəsinə həsr olunmuş musiqi əsərlərindən ibarət kamera konserti təşkil olunacaq. Konsertdə bir çox gənc musiqiçilər
çıxış edəcək.
Mədəniyyət.-2015.- 8 iyul.-
S.2.