Azərbaycan ilə
Fransa arasında turizm əməkdaşlığı
müzakirə olunub
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Fransanın xarici
ticarət, turizmin inkişafı və xaricdəki
fransızlarla iş üzrə Dövlət katibi Matias Feklin
rəhbərlik etdiyi nümayəndə heyətini qəbul
edib.
Görüşdə
Azərbaycan ilə Fransa arasında turizm sahəsində əməkdaşlığın
vəziyyəti və gələcək perspektivləri
müzakirə edilib.Əbülfəs Qarayev bildirib ki, iki
ölkə arasında mədəniyyət sahəsində
olduğu kimi, turizm sahəsində də əməkdaşlıq
üçün geniş imkanlar mövcuddur.
Qarşılıqlı münasibətlərin
inkişafında Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa
parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti,
həyata keçirilən layihələr olduqca mühüm əhəmiyyət
kəsb edir.
Görüşdə
vurğulanıb ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri
kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
və bu mövqeyin davamı olaraq bütün məsələlərdə
beynəlxalq hüquq normalarının əsas
götürülməsi, Ermənistan tərəfindən Azərbaycanın
işğal olunmuş əraziləri və separatçı
rejim ilə Fransanın regionları arasında əməkdaşlıq
cəhdlərinin qarşısının alınması
vacibdir.
Əbülfəs
Qarayev qeyd edib ki, cari ilin mayında Xorvatiyada keçirilmiş
Ümumdünya Turizm Təşkilatının İcraiyyə
Şurasının 100-cü sessiyasında "Münaqişə
zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər
üçün istifadəsinin qarşısının
alınması" adlı qətnaməyə dair qərarın
qəbulunda Fransa tərəfinin dəstəyi təqdirəlayiqdir.
Lakin bu qərarın icrasının Fransada keçirilən
turizm sərgilərində təmin edilməsi
üçün bu ölkənin dövlət və özəl
qurumları tərəfindən səylərin
artırılması zəruridir.
Səmimi
qəbula görə təşəkkürünü bildirdi
fransalı qonaq öz növbəsində, ölkələrimiz
arasında turizm sahəsində əməkdaşlıqda
maraqlı olduqlarını və bu istiqamətdə lazımi
fəaliyyətin həyata keçirilməsinə
hazırlıqlalrını dilə gətirib.
Görüşdə
viza prosedurunun sadələşdirilməsi, turizm
marşrutları, birgə infoturların təşkili, turizm
menecmenti üzrə təhsili sahəsində əməkdaşlıq,
mətbəx mübadiləsi layihələri kimi məsələlərə
də toxunuldu.
Mədəniyyət.-2015.- 8 iyul.-
S.3.