"Qırmızı bağ"
montaj olunur
"Azərbaycanfilm" və Rusiyanın "Vaytmedia" şirkətinin ortaq layihəsi olan "Qırmızı bağ" tammetrajlı filminin çəkilişləri başa çatıb. Filmin ssenari müəllifi və rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin bildirdiyinə görə, çəkilişlər Moskvada və Bakıda aparılıb. Hazırda ekran əsəri montaj prosesindədir. Səsləndirmə işi Bakıda, montaj isə Sankt-Peterburqda aparılır.
Azərbaycan dilində olan filmin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonit Karpov, bəstəkarı Salman Qəmbərovdur. Filmin prodüserləri isə Müşfiq Hətəmov və Timur Vaynşteyndir.
Rolları Bakı, Şəki, Gəncə və
Moskva teatrlarının aktyorları
canlandırıb. Əsas rollarda Maqsud Məmmədov, Gülzar
Qurbanova, Xanlar Həşimzadə,
İlham Hüseynov, Ramis İbrahimov və
Şəki məktəblisi Taleh Bədiyev
oynayıb.
Mədəniyyət.-2015.- 8 iyul.-
S.3.