Milli Kitabxanada
latviyalı diplomatla görüş
İyulun 7-də Azərbaycan Milli Kitabxanasında Latviyanın ölkəmizdəki müvəqqəti işlər vəkili, xanım İeva Majore ilə görüş keçirilib. Kitabxananın direktoru Kərim Tahirov kitabxana işi sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyindən bəhs edib. Xanım İ.Majore Azərbaycan Milli Kitabxanasında proseslərin avtomatlaşdırılması, sənədlərin rəqəmsallaşdırılması və kütləvi tədbirlərlə maraqlanıb.
Qonaq Latviya Milli Kitabxanasının "Xarici kitabxanalara kitab göndərilməsi" layihəsi çərçivəsində Azərbaycan Milli Kitabxanasına ölkəsinin tarixi, siyasəti və mədəniyyəti haqqında ingilis dilində 18 kitab və Latviya filmlərindən ibarət DVD disklər hədiyyə edib.
Öz növbəsində
Kərim Tahirov diplomata
Azərbaycanın ədəbiyyat, incəsənət və milli mətbəx nümunələrindən bəhs
edən kitablar təqdim edib.
Mədəniyyət.-2015.- 8 iyul.-
S.4.