Şuşa teatrından mövsümün
son tamaşası
Şuşa Dövlət Musiqili Dram Teatrı mövsümü bağlamağa hazırlaşır. Teatrdan bildiriblər ki, mövsümə iyulun 10-da "Azərsun Holdinq" Mədəniyyət Mərkəzində Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsəri əsasında hazırlanacaq eyniadlı tamaşası ilə yekun vurulacaq.
Quruluşçu rejissoru Əməkdar artist
Loğman Kərimov olan
tamaşanın musiqi tərtibatçısı
Orxan Kərimov, rəqslərin tərtibatçısı
Pedram Nazeradli, quruluşçu rəssamı isə Xaliq Cabbarovdur. Rolları əməkdar
artistlər Azad Məmmədov,
Şükufə Musayeva, aktyorlar
Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Mətanət Eres,
Aybəniz Əhmədova, Nazir Rüstəmov
və başqaları ifa edirlər.
Mədəniyyət.-2015.- 8 iyul.-
S.4.