Gənc Tamaşaçılar Teatrı mövsümə Tovuzda yekun vurub

 

 Hekayəti-xırs-quldurbasan”la qastrol beş rayonu əhatə edib

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bölgələrdəki qastrol səfərini başa vurub. İyulun 4-də başlanan qastrol Şəmkir, Samux, Göygöl, Daşkəsən Tovuz rayonlarında uğurla davam etdirilib.

Yaradıcı heyət sözügedən bölgələrin sənətsevərləri qarşısında Azərbaycan milli dramaturgiyasının banisi Mirzə Fətəli AxundzadəninHekayəti-xırs-quldurbasantamaşası ilə çıxış edib. Teatr 87-ci teatr mövsümünə Tovuz rayonunda yekun vurub.

Rayon ictimaiyyəti adından çıxış edənlər kollektivə yeni yaradıcılıq uğurları arzulayaraq, Gənc Tamaşaçılar Teatrının özünün 87-ci mövsümünü məhz Tovuzda başa vurduğuna görə təşəkkürlərini bildiriblər.

 

Mədəniyyət.-2015.- 8 iyul.- S.4.