TÜRKSOY-un Haldun Taner adına pyes müsabiqəsi
Xəbər verdiyimiz kimi,
TÜRKSOY görkəmli türk
dramaturqu Haldun Tanerin 100 illiyi münasibətilə 2015-ci ili “Haldun Tanerin ili” elan
edib. Yubiley ili çərçivəsində
keçirilən tədbirlərdən
biri Haldun Taner adına beynəlxalq dramaturqlar müsabiqəsidir. Müsabiqənin təşkilatçıları TÜRKSOY və Avrasiya Yazarlar Birliyidir.
Müsabiqəyə hər hansı türk dillərindən birində yazılan, həcmi iki pərdədən çox
olmayan pyeslər qəbul olunur. Əsərlər Türkiyə türkcəsinə
çevrilmiş mətn
üzrə qiymətləndiriləcək.
İştirakçılar üçün yaş həddi yoxdur.
Pyes müəllif
əsəri olmalıdır,
hər hansı əsərə uyğunlaşdırılmamalı,
hansısa əsərin
tərcüməsi olmamalıdır. Hər müəllif
müsabiqədə bir
əsərlə iştirak
edə bilər.
Müsabiqəyə daha öncə
çap olunmayan, tamaşaya qoyulmayan və digər müsabiqələrdə mükafatlandırılmayan
pyeslər qəbul olunur.
Pyeslərin mətni kompüterdə
yığılmış və
çap olunmuş variantda (12-lik Times New Roman şrifti,
interval 1,5) 6 nüsxədə
və CD şəklində
təqdim olunmalıdır.
Mətnlərin titul vərəqində
müəllifin yalnız
təxəllüsü göstərilməli,
heç bir əlavə şəxsi qeyd olmamalıdır.
İştirakçılar özləri haqqında məlumatı və bir fotonu ayrıca
zərfə qoyur və üzərinə ancaq təxəllüslərini
yazırlar. Həmin zərfi pyeslə birlikdə digər zərfə qoyub bu ünvana göndərməlidirlər: Türkiyə,
Ankara. Sakarya məhəlləsi, Göztəpə küçəsi
5/A. Avrasiya Yazarlar Birliyi. E-mail: htoyunyaris@ayb.org.tr
Müsabiqə bu il
aprelin 5-də elan olunub. Əsərlərin təqdimatı sentyabrın
9-da yekunlaşacaq, müsabiqənin
nəticələri noyabrın
15-də elan olunacaq, mükafatlandırma mərasimi
isə dekabrda olacaq. Birinci yerin qalibinə 15 min, 2-ci yer üçün 10 min,
3-cü yer üçün
5 min türk lirəsi
nəzərdə tutulub.
Bundan əlavə, iki dramaturqa da həvəsləndirici
mükafatlar veriləcək.
Mükafata layiq görülmüş
pyeslər TÜRKSOY ölkələrinin
dövlət teatrlarının
repertuarına tövsiyə
olunacaq.
Mehparə
Mədəniyyət.-2015.- 8 iyul.-
S.6.