Amaliya Pənahovanın sevgi etirafı”ndan məqamlar

 

Bir sənətkarın ən böyük səadəti yaşının bütün məqamlarında eyni sevgi ilə əhatələnib rəğbətlə qarşılanmasında, çoxsaylı tamaşaçının yaddaşında daim işıqlı, xoş, səmimi duyğularla qalmasındadır. Yalnız bu məqama ucalanlar sənətkarlıqlarının fövqündə bir məhəbbətlə sevilir və alqışlanır.

Xalq artisti, görkəmli teatr və kino xadimi, pedaqoq Amaliya Pənahova məhz bu sadalanan meyarları sənətində və şəxsiyyətində cəmləyən aktrisalardandır. İllərin solmayan, təravət və səmimiyyətini itirməyən gözəllik və istedadı onu yaşının 70-ci məqamında da sevgi və diqqət mərkəzində edə bilib.

İyulun 3-də Heydər Əliyev Sarayını dolduran tamaşaçılar “Amaliya Pənahovanın sevgi etirafı” adlı yubiley gecəsində ona ən xoş hisslərini gur alqış və gül-çiçək yağışı ilə bildirdilər.

Dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm, mədəniyyət və incəsənət xadimləri, xaricdən gəlmiş çoxsaylı tanınan simaların qatıldığı mərasimdən öncə sarayın foyesində sənətkar ömrünün foto yaddaşı vərəqləndi. 50 illik sənət tarixçəsinin fotolardakı ayrı-ayrı məqamları - aktrisanın hələ ali məktəbin 1-ci kursunda oxuyarkən oynadığı ilk rolundan çəkildiyi son filmlərədək yaratdığı bənzərsiz qəhrəmanlarının siması sərgi ətrafına toplaşan müxtəlif nəsillərin nümayəndələrinə nostalji hisslər yaşatdı.

Sonra səhnədə "Amaliya Pənahovanın sevgi etirafı" və ona olan təbriklər sıralandı. Xoş sözlər, səmimiyyət dolu çıxışlar, alqışlarla müşayiət olunan səhnəciklər bir-birini əvəzlədi.

Gecədə ilk olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sənətkara təbriklərini çatdırdı, Azərbaycan teatrkino sənətində gözəl qadın simalarından biri olan Amaliya Pənahovanın bənzərsiz sənət dünyasından, yaradıcılıq axtarışlarından, bir-birindən maraqlı obrazlar qalereyasından söz açdı: “Siz yaşınızın bütün çağlarında özünə minlərlə insanı vurğun etmiş Nargiləsiniz. Siz 19 yaşında böyük səhnəyə ilk addımlarını atmış, illərlə Azərbaycanın ana teatrı olan Akademik Milli Dram Teatrının səhnəsində ən aparıcı rolları ifa etmisiniz. Beləcə, Azərbaycan dramaturgiyasında özünəməxsus qadın obrazlarının formalaşmasına böyük töhfələr vermisiniz”.

İstər dünya, istərsə də milli dramaturqların yaratdığı əksər qadın obrazlarının məhz aktrisanın sənətkarlığında tamaşaçı yaddaşına köçdüyünü deyən nazir Amaliya Pənahovanın zəngin sənətkar yoluna nəzər saldı:Amaliya xanım Azərbaycan kinosunda da iz salmış aktrisadır. 25-dən artıq filmdə bir-birindən fərqli xarakterobrazlar yaradan aktrisa kimi özünün sənət potensialını ustalıqla nümayiş etdirmişdir. O, bu günaktrisa kimi səhnə, sənət fəaliyyətini davam etdirir. Biz tamaşaçı olaraq buna sadəcə sevinə və onun hər bir uğuruna alqışımızla cavab verə bilərik”.

Qeyd olundu ki, görkəmli sənətkarın adı Azərbaycan teatrının böyük bir dövrü ilə bağlıdır. Ömrünün 50 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə, inkişafına həsr edən aktrisa yaratdığı parlaq obrazlarla adını Azərbaycan teatrkinosu tarixinə qızıl hərflərlə yazdırıb. Böyük istedada malik aktrisa bacarıqlı rejissor kimiözünü sınayıb və 10-dan çox teatrteleviziya tamaşasına quruluş verib.

Əbülfəs Qarayev təbrik çıxışında aktrisanın yaradıcısı olduğu Bakı Bələdiyyə Teatrı haqqında da fikirlərini bölüşdü, xalq arasında döyüşən teatr kimi tanınan sənət ocağının rəhbərinə xoş sözlərini çatdırdı:Amaliya Pənahovanın istedadının başqa bir cəhəti onun böyük təşkilatçılıq qabiliyyətinə malik olmasıdır. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edərək onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün səylərini əsirgəməyib. Elə bu keyfiyyətləri, yəni gənc aktyorrejissor kadrlarının yetişdirilməsi sahəsindəki uğurları nəzərə alınaraq, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunubburada öz parlaq istedad və bacarığını nümayiş etdirib. Hazırda universitetin professorudur. Bu səbəbdəndir ki, A.Pənahovanın hazırladığı tamaşalarda və tələbələrlə işlədiyi bədii proqramlarda müasirlik duyumu, tarixilik prinsipi, tamaşaçılara təsir və təlqin gücü yüksəkdir. Bütün bunlarla yanaşı, siz sadə, səmimi, mehribanözünün səhnə, sənət cazibəsini itirməyən aktrisasınız. Düşünürəm ki, məhz bu məziyyətlərinizlə tamaşaçı sizi eyni sevgi və hərarətlə qarşılayır, alqışlayır, sevir”.

Nazir yüksək istedadı və səhnə sevgisi sayəsində yüksək fəxri adlara, ordenmedallara layiq görülən sənətkarın bugünlərdə mədəniyyətimizin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunduğunu dedi, ölkə başçısı adından yubilyarı təbrik edərək fəxri diplomu ona təqdim etdi.

Amaliya Pənahova sənətinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Sənətə, sənət adamlarına verilən qiymətə, onların yaradıcılığının inkişafı üçün yaradılan şəraitə görə ölkə başçısına təşəkkür etdi.

Təbrik sıralamasına Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları baş idarəsinin incəsənət əlaqələri üzrə koordinatoru Tahsin Murad Dəmirbaş, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, millət vəkili Hadı Rəcəbli, Yeni Azərbaycan Partiyası qadın təşkilatlarının rəhbərləri və başqaları qoşuldular.

 

Mədəniyyət.-2015.- 8 iyul.- S.8.