Turizm ekspertlərimiz
mükafatlandırılıb
İsveçrənin məşhur «Swiss Halley AG» şirkəti onlayn turizm ekspertlərini bu dəfə Budapeştə toplayıb. Şirkət dünyanın müxtəlif ölkələrindən olan ekspertləri «FireFlies» turistik klubu adı altında bir araya gətirib.
«Budapest Congress Center»də dünya turizm bazarının hazırkı durumu, onlayn turizmin üstünlükləri və şirkətin həyata keçirdiyi yeniliklər müzakirə olunub. Konfransda şirkətin direktorları, səhmdarları, o cümlədən mart ayında Bakıda səfərdə olan Jozef Bartuşka və başqaları çıxış ediblər. Ölkəmizi Macarıstan paytaxtında 16 nəfərlik nümayəndə heyəti təmsil edib. Klubun Azərbaycandakı aktiv üzvlərinə «FireFlies» tərəfindən Mərakeş səyahəti və digər hədiyyələr təqdim olunub. Azərbaycanlı nümayəndə heyəti üçün şəhər gəzintisi də təşkil edilib. Daha sonra ekspertlərimiz Macarıstan, Avstriya, İtaliya və İspaniyanın müxtəlif yerlərində olublar.
Qeyd edək ki, «FireFlies» turistik klubu ötən ilin iyulunda İsveçrədə yaranıb, hazırda 20 mindən artıq üzvü var.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-2015.- 8 iyul.- S.9.