Koreya kinosu festivalı

 

Beş regionda filmlər nümayiş olunacaq

 

Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı Koreya Respublikasının Bakıdakı səfirliyinin dəstəyi ilə iyulun 6-da Azərbaycanın regionlarında Koreya kinosu festivalı başlanıb. Avqustun 15-dək davam edəcək festival çərçivəsində beş şəhər rayonda (Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş Qəbələ) Koreya filmləri nümayiş olunacaq.

SEBA Assosiasiyasından bildirilib ki, festivalda 2008-2013-cü illərin istehsalı olan 10 ekran əsəri təqdim ediləcək. Assosiasiyanın dəstəyi ilə Azərbaycan dilinə dublyaj edilmiş filmlərin nümayişi Gəncədən başlayıb. Burada rejissor Yim Soon-rye tərəfindən 2008-ci ildə lentə alınmış "Əbədi an" ("Forever The Moment") filmi göstərilib.

Gəncədə Koreya kinosu festivalı iyulun 12-dək davam edəcək. Festival 13-19 iyulda Lənkəranda, 20-29 iyulda Sumqayıtda, 31 iyul-6 avqust tarixində Ağdaşda, 7-15 avqustda isə Qəbələdə keçiriləcək.

Festivala avqustun 15-də Qəbələdə rejissor Choi Ik-hvanın "Ana" filminin nümayişi ilə yekun vurulacaq.

Azərbaycanda Koreya kinosu festivalının tədbirləri ictimaiyyət üçün açıqdır nümayiş olunan bütün filmlərə giriş pulsuzdur.

 

Mədəniyyət.-2015.- 8 iyul.- S.11.