Nizami Kino Mərkəzində
milli kinematoqrafiyaya dəstək
aksiyası
Nizami Kino Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə bu qurumun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin əməkdaşları və könüllüləri üçün Elçin Musaoğlunun “Nabat” bədii filminin nümayişi olub.
Tədbirin keçirilməsində məqsəd gənclərə milli kinematoqrafiya və yerli filmlərdə əks olunan tarixi və sosial mövzuların təbliği və onların mədəniyyətin bu sahəsinə olan maraqlarının artırılmasıdır.
Tədbirdə, həmçinin rəssam Səyyar Əliyevin rəsm əsərlərinin sərgisi açılıb. Sərgidə rəssamın 20-dək əsəri nümayiş edilib.
Aksiyanın sentyabr ayına
qədər davam etdirilməsi nəzərdə
tutulur. Aksiya çərçivəsində
“ASAN xidmət”in əməkdaşları Nizami
Kino Mərkəzində nümayiş
olunan digər filmlərə endirimli qiymətlərlə baxa
bilmək imkanı da əldə edəcəklər.
Mədəniyyət.-2015.- 8 iyul.-
S.11.