Gənc rəssamlar Vaşinqtonda keçirilən
festivalda qalib olublar
Vaşinqtonda 5-ci Beynəlxalq Uşaq Festivalı keçirilib. Ağ evin cənubunda yerləşən Prezident
parkının Ellips ərazisində dörd gün davam edən festivalda ölkəmizi Milli Təhlükəsizlik Nazirliyi
Mədəniyyət mərkəzinin
“Rəngarəng duyğular”
rəsm studiyasının
üzvləri təmsil
ediblər. Gənc rəssamların əl işlərində ölkəmizin mədəniyyəti,
qədim tarixi, adət-ənənələri əks
olunub. Studiyanın
bədii rəhbəri,
Beynəlxalq Uşaq Yaradıcılıq Fondu rəyasət heyətinin və Beynəlxalq Qadın Rəssamlar Assosiasiyasının üzvü
Nərminə Vəliyevanın
rəhbərliyi ilə
çıxış edən
təmsilçilərimiz festival çərçivəsində “Xalqlar dostluğu” və “Qobustan” kolleksiyalarını təqdim
ediblər. Bundan başqa, onlar
festival günlərində dörd yeni rəsm işləyib hazırlayıblar.
Festivalın son günündə keçirilmiş təntənəli
qala gecəsində Azərbaycanı təmsil
edən və qalib gələn gənc rəssamlar İbrahim Rzayevə, Leyla Qurbanovaya, Aydan Əmirzadəyə, Rüfət Əsədliyə,
Leyla Babayevaya və Cavid Məmmədliyə
diplomlar təqdim olunub. Uşaqların inkişafına verdiyi
töhfəyə və
festivalda iştiraka görə “Rəngarəng
duyğular” rəsm studiyası diplomla təltif olunub.
Mədəniyyət.-2015.- 8 iyul.- S.14.