Ankaradakı Ramazan festivalında
“Azərbaycan gecəsi”
Ankaranın Keçiören rayon bələdiyyəsinin
təşkil etdiyi
6-cı Beynəlxalq Ramazan
Festivalı çərçivəsində
“Azərbaycan gecəsi”
keçirilib. Bələdiyyənin
təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin
dəstəyi ilə festivalın keçirildiyi
ərazidə ölkəmizə
aid tarixi, mədəni
və incəsənət
əsərlərinin nümayiş
etdirildiyi “Azərbaycan
evi” açılıb.
Açılış mərasimində
çıxış edən
Keçiören bələdiyyəsinin
sədri Mustafa Ak, Azərbaycanın Türkiyədəki
səfiri Faiq Bağırov, Sumqayıt şəhər bələdiyyəsinin
sədri Əbülfəz
Babayev, Türkiyənin
iqtidarda olan Ədalət və İnkişaf Partiyasından
deputat Orxan Atalay bildiriblər ki, bu cür
tədbirlər xalqlarımız
arasındakı dostluq
və qardaşlıq
əlaqələrinin daha
da möhkəmlənməsinə
xidmət edir.
Festival çərçivəsində
Azərbaycana həsr edilən gecə maraqlı konsert proqramı ilə davam edib. Azərbaycandan gələn incəsənət
ustalarının ifasında
səslənən muğamlar
və xalq mahnılarımız tədbir
iştirakçıları tərəfindən rəğbətlə
qarşılanıb. “Azərbaycan evi”ni
ziyarət edən çoxsaylı qonaqlara ölkəmizlə bağlı
müxtəlif nəşrlər,
suvenirlər hədiyyə
edilib.
Mədəniyyət.-2015.- 8 iyul.- S.14.