Turizm Menecment Universiteti məzunlarını yola saldı

 

 Əbülfəs Qarayev:"Bizim əsas məqsədimiz Azərbaycan qonaqpərvərliyini dünyaya sübut etməkdir"

 

 

Azərbaycan Turizm Menecment Universitetində (ATMU) “Məzun-2015” mərasimi keçirilib. Tədbirdə mədəniyyət turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri, nazirliyin məsul əməkdaşları, ali məktəb rektorları, diplomatlar, millət vəkilləri, hotel turizm müəssisələrinin rəhbərləri iştirak ediblər.

Mərasimdə ATMU-nun rektoru, professor Cəfər Cəfərov tədris ocağının universitet statusu aldıqdan sonra ilk məzun buraxılışının keçirildiyini diqqətə çatdırıb. Rektorun sözlərinə görə, institutun universitetə çevrilməsi sadəcə mexaniki addəyişmə olmadı: «Ölkə Prezidenti İlham Əliyev görülən işləri, eyni zamanda ali təhsildə turizm menecment sahələrinin perspektivini dəyərləndirdi müdrik qərar qəbul etdi. ATMU-nun yaradılması həm üzərimizə qoyulan böyük məsuliyyətdir əziz məzunlarımız da ATMU ailəsinin üzvləri kimi bu məsuliyyətə şərikdir. Bundan sonra da biz hər zaman bir yerdə ATMU-nun inkişafı uğrunda əlimizdən gələni edəcəyik”.

Rektor tədris ocağının 10 illik fəaliyyətinə nəzər salıb, bildirib ki, 2006-cı ildə  200 tələbə, 1 fakültə 3 ixtisasla tədris fəaliyyətə ali məktəbdə hazırda 3 fakültə, 10 kafedrada 11 ixtisas üzrə bakalavr səviyyəsində 1527 nəfər, magistraturada 146 nəfər təhsil alır. İkinci ali təhsildə 27 nəfər ilk peşə-ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 460 şagird təhsil alır.

Builki yekun dövlət attestasiyalarında universitetdə 37 magistr, 211 bakalavr məzun olub. Bu vaxta qədər universiteti 1312 nəfər (o cümlədən 70 nəfər magistr) bitirib. Cari ildə Bakı Turizm Peşə Məktəbində 387 nəfər məzun olub son 4 ildə bu məktəbin məzunlarının sayı 1232 nəfərə çatıb. ATMU-nun builki məzunlarından 19 nəfəri eyni zamanda Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu qazanıb.

Qeyd olundu ki, Azərbaycan Turizm Menecment Universiteti qarşıdakı illərdə müvafiq ixtisasları artıraraq turizm digər xidmət sahələrində aparıcı ali təhsil ocağına çevrilməyi planlaşdırır.

Mərasimdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirib ki, yenilik əldə etmək həmişə çətin olur. 10 il bundan Azərbaycan Turizm İnstitutunun ilk qədəmləri yenilik, müasirlik anlayışları daşıyırdı: «Bunun da məntiqi nəticəsidir ki, illər keçəndən sonra artıq dövlətin, ictimaiyyətin, sənayenin şəxsən ölkə Prezidentinin qiymətləndirməsi o oldu ki, bu ali təhsil ocağı daha yüksək statusa layiqdir. Bu gün ilk dəfə olaraq Azərbaycan Turizm Menecment Universitetinin məzunlarını yola salırıq.

Azərbaycan iqtisadiyyatında turizmin payı ildən-ilə artır. İqtisadiyyatı daha çox enerji sektoru ilə bağlı olan ölkələrin təcrübəsi göstərir ki, turizmin payı ümumi daxili məhsulun formalaşmasında o qədər böyük olmur. 2014-cü ilin rəqəmləri göstərir ki, ümumi daxili məhsulda turizmin payı 4,1 faiz təşkil edir. Bu böyük rəqəmdir onu göstərir ki, ölkə ictimaiyyətinin, biznes dairələrinin bu sənayeyə böyük marağı var”.

Əbülfəs Qarayev ATMU-nun işində yardım edən Krems Universitetinin müəllimlərinə, beynəlxalq əməkdaşlıq proqramları çərçivəsində tədris prosesinə dəstək verən nümayəndələrə, professor-müəllim heyətinə, Bakı Turizm Peşə Məktəbinin müəllimlərinə təşəkkür edib.

Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin beynəlxalq proqramının rəhbəri, professor Valter Qross təhsilini uğurla başa vuran məzunları təbrik edib bildirib ki, Krems qrupu təkcə akademik təhsil vermir, həm öz məzunlarını həyata bir insan kimi hazırlayır. Bu proqramda təhsil almaq tələbələrin gələcək uğurlarına rəvac verir. 

Sonra 2014/2015-ci tədris ilinin bakalavr magistr məzunlarına rəmzi diplomlar, Avstriyanın İMC Krems Universiteti ilə ATİ-nin birgə icra etdiyi beynəlxalq proqram üzrə bitirən məzunlarına diplomlar, fakültə birincilərinə plaketlər təqdim olunub. Elnarə Süleymanlı ATMU-nu qırmızı diplomla bitirən ilk məzun adını qazanıb. Tədbir konsert proqramı ilə başa çatıb.

 

Abdullayeva, Fəxriyyə.

Mədəniyyət.-2015.- 10 iyul.- S.3.