“Milan Expo-2015” sərgisinin Azərbaycan pavilyonundaMilli güntəşkil olunub

 

İyulun 9-da “Milan Expo-2015” ümumdünya sərgisindəki Azərbaycan pavilyonundaMilli güntəşkil olunub. Milli günçərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Tədbirə İtaliya hökumətinin nümayəndələri, bu ölkədəki diplomatik korpusun təmsilçiləri digər qonaqlar qatılıblar.

“Milan Expo-2015”də Azərbaycan milli pavilyonunun təməli 2014-cü ilin iyulunda qoyulub. Ümumilikdə pavilyonda hazırlıq tikinti işləri 18 ay ərzində davam edib. Azərbaycan milli pavilyonu üzrə təşkilati işlər Heydər Əliyev Fondu Heydər Əliyev Mərkəzi tərəfindən aparılıb. Ümumi sahəsi 1800 kvadratmetr olan dördmərtəbəli milli pavilyon sərginin builki devizinə uyğun olaraq Azərbaycanın tarixi mədəni irsini, zəngin ekoloji potensialını, flora faunasının zənginliyini, nadir biomüxtəlifliyini tərənnüm edir.

Milli pavilyonumuzda iştirakçı ölkələr arasında yeniliyə imza atılaraq “Mirroring Baku” - Bakı ilə birbaşa əlaqə yaradılıb. Belə ki, milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılıb. Belə bir monitor Bakıda - Heydər Əliyev Mərkəzinin qarşısında da var. Bu monitorların hər ikisi vəhdət təşkil edərək bir-biri ilə əlaqədə olur. Layihə Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın paytaxtı Bakı ilə sərginin minlərlə iştirakçısının əlaqəsinə şərait yaradır.

Xüsusi konsepsiyada dizayn edilmiş pavilyonda 6 ay ərzində müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulur. “Milan Expo-2015” başa çatdıqdan sonra Azərbaycan pavilyonunun sökülərək yenidən Bakıda qurulması ziyarətçilərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevə xanımı Mehriban Əliyevaya Azərbaycan milli pavilyonunun konsepsiyası barədə məlumat verilib.

Pavilyonda qurulmuş üç biosfer ətraf mühitini qədim mədəniyyətini daim harmoniyada saxlamağı qorumağı bacaran Azərbaycanı təcəssüm etdirir. Pavilyonun dalğavarı taxta divarları Azərbaycana xas olan küləyin, həmişə burada dövr edən mədəni yaradıcı axının rəmzidir. Mədəniyyətlərin kəsişməsibiosferi ziyarətçiləri ölkənin ən mühüm tarixi mədəni məkanlarına səyahətə aparır. İkinci biosfer - “Biomüxtəliflikölkənin təbii biomüxtəlifliyinə mədəni irsinə həsr olunub. Bu biosferin mərkəzindəki konstruksiya Azərbaycanın zənginlik rəmzi olan nar ağacını təcəssüm etdirir. Növbəti biosferİnnovasiya ənənəadlanır. Burada kökləri səmaya istiqamətlənmiş ağac fiquru var. Bu, rəmzi olaraq Azərbaycan xalqının ənənəyə sadiqliyini, eyni zamanda, gələcəyə yönələn innovativ ölkə olduğunu göstərir.

Pavilyonun birinci mərtəbəsiSəslər simfoniyasıadlanır. Burada Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası barədə məlumatlar təqdim olunur. İkinci mərtəbədə - “Rənglər simfoniyası”nda iqlim, landşaft bioloji müxtəliflik məlumatları çatdırılır. Dadlar simfoniyasıadlanan üçüncü mərtəbədə milli mətbəx orqanik qida məhsulları barədə məlumat nümunələr təqdim edilir. Burada həmçininBakını kəşf et” Azərbaycan simalarıbölmələrində fotolar, xəritələr, müxtəlif sahələri təmsil edən azərbaycanlıların portretləri vasitəsilə ölkəmiz insanlarımızla interaktiv tanış olmaq mümkündür. Pavilyondakı monitorlarda Azərbaycanın musiqi kinematoqrafiya inciləri, adət ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilir. Pavilyonun dördüncü mərtəbəsində - terrasda restoran fəaliyyət göstərir. Burada milli mətbəx müxtəlif konsert proqramları təqdim olunur.

“Milan Expo-2015”ə hazırlıq ərəfəsində Azərbaycanın müxtəlif regionlarında mövcud olan zəngin biomüxtəlifliyin, nadir landşaftların, təbii ehtiyatların fərqli bölgələrdə yerləşən tarixi abidələrin foto video çəkilişləri aparılıb. Bu məqsədlə 2014-cü ilin aprelindən bu ilin fevralınadək Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Yardımlı, Şəmkir, Şəki, Qəbələ, Şabran, Quba, Xızı, Siyəzən, Şirvan, Abşeron digər şəhər rayonlara dəfələrlə səfərlər təşkil edilib.

Daha sonra Prezident İlham Əliyev “Milan Expo-2015” beynəlxalq sərgisində dövlət bayraqlarının qaldırılması mərasimində iştirak edib. “Milan Expo-2015” sərgisinin baş direktoru Bruno Antonio Pasquino Prezident İlham Əliyev mərasimdə çıxış edib. Dövlətimizin başçısı xanımı sərgidəki İtaliya milli pavilyonu ilə tanış olublar.

“Milan Expo-2015” beynəlxalq sərgisi mayın 1-dən fəaliyyət göstərir. Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (Feeding the Planet, Energy for Life) devizi ilə keçirilən builki sərgidə 145 ölkə iştirak edir. Bu ölkələrdən yalnız 54-ü, o cümlədən Azərbaycan milli pavilyonla təmsil olunur. Digər ölkələr isə sərgidə yalnız stendlərlə iştirak edir. Sərgi oktyabrın 31-dək davam edəcək.

 

Mədəniyyət.-2015.- 10 iyul.- S.2.