Kolumbiyalı rəssamın uşaqlara həsr olunmuş
sərgisi
Azərbaycanın Kolumbiyadakı diplomatik nümayəndəliyinin binasında kolumbiyalı rəssam Karlos Villabonun iki ölkənin uşaqlarına həsr olunmuş "Meyvələr" adlı rəsm əsərlərinin sərgisi təşkil edilib.
Azərbaycan Respublikasının Meksikada və eyni zamanda Kolumbiyada akkreditə olunmuş səfirliyinin məlumatında bildirilir ki, sərgidə ölkəmizin tarixi, mədəniyyəti və görməli yerlərini özündə əks etdirən fotoşəkillər də nümayiş etdirilib.
Məlumata görə, gənc və
istedadlı rəssam Karlos Villabonun
diplomatik nümayəndəliyimizlə
sıx əməkdaşlıq münasibətləri mövcuddur. Rəssam ölkəmizin Kolumbiyada təbliği sahəsində də əməli
fəaliyyət göstərir.
Mədəniyyət.-2015.- 10 iyul.-
S.2.