Azərbaycan Litvada folklor
və musiqi festivalında təmsil olunub
Litvanın Moletiya şəhərində
“Göllərin səpələnməsi
- 2015" festivalı keçirilib.
İyulun 2-də başlayan musiqi bayramında Azərbaycan, Rusiya, İtaliya, Ukrayna, Gürcüstan, Avstraliya və başqa ölkələrdən folklor
qrupları iştirak edib.
Ölkəmizi təmsil edən Şəmkirin folklor qrupunun çıxışı
tamaşaçılar tərəfindən
böyük şövqlə
qarşılanıb. Azərbaycan nümayəndə
heyətinin üzvləri
Moletiya şəhərinin
meri tərəfindən
qəbul edilib, fəxri fərmanla və hədiyyələrlə
təltif olunublar.
İyulun 4-də folklor qruplarının Şvençenisu şəhərində
paradı keçirilib. Paraddan sonra
şəhərin meri
təmsilçilərimizə fəxri fərman və hədiyyələr
təqdim edib. Eyni zamanda Şəmkir Rayon İcra Hakimiyyətinin loqosu və hədiyyə paketi Şvençenisu şəhərinin
merinə təqdim edilib.
İyulun 6-da Şaulyay şəhərində
keçirilən ''Günəşin
çiçəyi'' festivalında
da ölkəmiz uğurla təmsil olunub. Şəmkirin “Şəms” vokal
instrumental ansamblı və
muğam kollektivinin çıxışları gurultulu
alqışlarla qarşılanıb.
Cavanşir Bayramov ''Sarı
gəlin'' mahnısı
ilə festivalda
3-cü yerə layiq görülüb. Sərkar Əliyev
isə simli alətlər kateqoriyasında
birinci yeri qazanıb. ''Günəşin çiçəyi''
festivalında 12 ölkə
iştirak edib.
İyulun 7-də Şaulyay şəhərində
Şəmkir rayon nümayəndə
heyətinin şəhər
meriyasının nümayəndələri
ilə rəsmi görüşü keçirilib. Şəmkir
rayon İcra Hakimiyyəti
başçısının müavini Sona Əliyeva, rayon Gənclər
və İdman İdarəsinin rəisi Emin İsmayılov, İcra Hakimiyyətinin əməkdaşı Könül
Qələndərovanın iştirak etdiyi görüşdə 22 oktyabr
2014-cü il tarixdə
Şəmkir və Şaulyay şəhərləri
arasında imzalanmış
“Niyyət protokolu”na əsasən humanitar və sosial sahədə əməkdaşlığın
inkişaf etdirilməsi
istiqamətində müzakirələr
aparılıb.
Mədəniyyət.-2015.- 10 iyul.- S.4.