Bir ömrün səhnəsi

 

Əməkdar artist Rahib Əliyev: “Mənə həvalə edilən rolların reallığını

 yaşamışam və çalışmışam ki, rejissorun ümidini doğruldum”

 

Hər kəsin ömür səhnəsində bir obraz var. Bu yaşam səhnəsində onun rolu səmimiyyət və səhnəyə sədaqətlə başlayıb. Yəqin ona görə də bütün çətinliklərə - həyat-səhhət nigarançılıqlarına rəğmən ömrünün 70-ci məqamında da yenə səhnəyə, özü üçün müqəddəs yer kimi müəyyən etdiyi teatra can atır, yaşantılarını göz önünə gətirərək, əslində necə böyük səadət içində olduğunu anlayır.

Qəribədir, 50 ili qatlayan bu sənət ömürlüyündə yenə də gənclik eşqi, saf sənət sevgisi, səhnə məhəbbəti ilə qanadlanıb səhnəyə doğru uçur. Bax ona görə də 70-in onuzaman haqladığına belə inanmır...

Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində irili-xırdalı xeyli yaddaqalan rollar yaradan, səhnənin məsuliyyətini hər zaman dərk edən, sənət dostlarının dediyi kimi, uşaq saflığını, sadəliyini bu yaşacan qoruyub saxlayan, həyatının bütün məqamlarında nikbinliyini və sənət sevgisini itirməyən Əməkdar artist Rahib Əliyevlə 70 yaşının astanasında görüşdük. Sakit, təmkinli, səmimi müsahiblə qrim otağında baş tutan söhbətimizdə illəri vərəqlədik. Uşaqlığından ahıllığına həyatının hər anından razı olan aktyor bir insanın yaşam obrazının da zəngin çalarlarını nümayiş etdirdi.

Gənc Tamaşaçılar Teatrı aktyorunun bu yaşdahiss etdiyini soruşanda qəribə bir təbəssümlə 70-ə “etirazını” da bildirdi.

- Vallah özüm inanmıram bu yaşa. Amma, şükür, gəlib çatdıq. Arzular çox, oynamaq istədiyim rollar bol, həyat eşqim tükənməz. Deməli, yaşamağa dəyər. Səhnədəyəmsə, obrazlarla insanların qarşısına çıxıramsa, bu mənim üçün böyük səadətdir. Son olaraq mayın 30-da teatrımızda səhnələşdirilənMirastamaşasında oynadım. İnşallah, sentyabrda bu tamaşa ilə yubileyimi qeyd edəcəklər. Biz aktyorları yaşadan da səhnə ona olan məhəbbətdir. Bu mənada 70-ə sevə-sevə qucağımı açıram (gülür).

- Yəqin ömrün bu vədəsindən geriyə boylananda xatirələr burulğanına düşdüyünüz anlar da çox olur...

- Təbii, çünki bizi yaşadan, ömrümüzə naxış olan o xatirələrdir. Acısı da, şirini , nisgillisi bizim ömrümüzün bəzəyidir. Adi, bir az çətin uşaqlıq yaşamışam. İçərişəhərdə böyüyüb boya-başa çatmışam. Atamı çox erkən itirmişəm, anamın himayəsində böyümüşəm. Həyatda bir-birimizə bağlanaraq yaşamışıq. 7-8 yaşım olanda dayım məni o zaman Dağüstü park deyilən yerə apardı. “O olmasın, bu olsuntamaşasını göstərirdilər, Məşədi İbad rolunu da Mirzəağa Əliyev oynayırdı. O tamaşaya baxandan sonra məndə teatra böyük maraq yarandı. Orta məktəbdə oxuyanda rejissor Ağasəlim Manaflı xalq teatrı yaratdı, orada yaxşı rollar oynadım, teatra həvəsim birə-beş artdı. Mədəniyyət evinin nəzdindəki dram dərnəyi məni böyük səhnəyə səslədi ürəyimdəki arzunun ardınca getdim. Məktəbi bitirən kimi Teatr İnstitutunun dram, kino aktyorluğu fakültəsinə daxil oldum.

Sənət müəllimim Əməkdar artist Kərim Həsənov üçüncü kursda oxuyarkən məni bu teatra dəvət etdi. Yusif Vəliyev, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Rəhilə Məlikova kimi neçə-neçə korifey sənətkarla bir səhnədə çıxış edib sənətin incəliklərini öyrəndim. Bir il teatrda pulsuz işləyəndən sonra 1968-ci il sentyabrın 18-də rəsmən işə qəbul olundum o vaxtdan da taleyimi bu teatrla bağladım.

- Bir aktyor üçün sənət uğuru dedikdə vacib amil hansıdır?

- Teatra gələndə fəxri ad, mükafatlar barədə düşünürsən. Sadəcə, oynamaq, özünü ifadəyə can atırsan. Bunu səmimiyyəti ilə anlayan aktyorun zamanla əməyi qiymətləndiriləcək, fəxri adı da olacaq, şöhrəti . Mən bu amala əməl etdim.

- Tamaşaçının öz aktyoru tamaşası olur. Uğurlu hesab etdiyiniz rolunuz hansıdır?

- Rejissor Kərəm HəsənovunHacı Qəmbər”indəki Cəbi mənim ən uğurlu sevimli rollarımdandır. Onu Moskvada, Aşqabadda da oynamışam. Ümumilikdə mən hər zaman rolun miqyasından çox orada özümü ifadəyə, isə bir ştrixlə əlavəyə çalışıram. Bax bu zaman rol mənim üçün doğmalaşır.

- Sənət taleyinizdən razı görünürsünüz...

- Niyə olmasın? Çünki heç vaxt hansısa münaqişəyə, pərdəarxası məqamlara toxunmadan sırf öz işimə, obrazlarıma köklənmişəm. Mənə elə gəlir ki, məhz buna görə sənətdə keçən ömrümü hədər yaşamamışam. Həyatımdan da razıyam. Maşallah, 5 övladım, 10 nəvəm var. Hər birini sevgi ilə yetişdirmişəm, bax qazancım da məhz budur.

- Bəzən aktyoru sırf hansısa obrazına görə təqdim edirlər. Bu mənada siz hansı aktyor imicindəsiniz?

- Mən həm komik, həm dramatik rollar oynamışam. Rejissorlar oyun texnikama uyğun təklif ediblərsə, o rolu oynamışam. Özümü hər hansı ampluaya sığdırmağa çalışmamışam. Düşünürəm ki, qoy aktyor sərbəst olsun, bacardığını göstərsin bundan sonra rejissor onu cilalasın.

- İstənilən yaşda sənət məqamında aktyorun yeganə nisgili oynamadığı rollarla bağlıdır. Bu hal sizdə yaşanırmı?

- Əslində arzusunda olduğum rolların əksəriyyətini oynamışam. Daha çox can atdığım obrazları yox, mənə həvalə edilən rolların reallığını yaşamışam çalışmışam ki, rejissorun ümidini doğruldum. Arzulanan rollara gəlincə, bəzən buna zaman, bəzən şərait, bəzən yaş imkan vermir. Həm aktyor realist olmalı, səhnəyə çıxdığı andan o obrazın gerçəyində yaşamalı tamaşaçını yaşadıqlarına inandırmalıdır.

- Deməli, rejissorların sevimli aktyorusunuz. Hiss edirəm ki, rol seçimi, aktyor ərkəsöyünlüyü sizə tamamilə yaddır...

- (Gülür) , deyəsən elədir. Mənim üçün əsas səhnədə olmaqdır. Yəqin bu da mənim o dediyim tükənməz səhnə eşqimdən qaynaqlanır. Həm aktyor sənəti rejissordan asılıdır. O hər halda aktyoru duya bilir.

- Uzun illərdir səhnədəsiniz, necə düşünürsünüz, bir tamaşanın uğurunda əsas amil məhz aktyor oyunudur?

- Məncə, birinci odur. Yəni yaxşı oynamasan, rolunun üzərində işləməsən, rejissorun da, dramaturqun da əməyini yerə vurmuş olarsan.

- Rahib müəllim, sənət barədə bu qədər şövqlə danışırsınız, maraqlıdır, zaman keçdikcə səhnənin işığı, cazibəsi azalmır ki?

- Yox, qətiyyən. Oynamaq, işləmək istəyirəm, yorulmuram. İnsan yaşa dolduqca daha çox oynamaq istəyir, səhhəti, ağrı-acısı da gözə görünmür.

- Zamanının böyük aktyorları ilə dublyor olmusunuz. Yəqin bu elə asan olmayıb?

- Xalq artisti Hüseynağa Sadıqovla Cəbi rolunda dublyor idim. Hər aktyor onunla dublyor ola bilmirdi. Hüseynağa müəllim rolunu özünəməxsus çalarlarla oynayırdı. Mən çalışmışam özüm kimi oynayım, kiminsə ifasında gizlənməyim. Rəhmətlik Süleyman Ələsgərovla da bir səhnəni bir rolu bölüşmüşük. Əslində, bir tamaşada hər iki roluna mən dublyor idim o, israrla hər ikisini oynamaq istəyirdi. Rejissor da öz növbəsində məni müdafiə edirdi. Mənim rejissorların etirazları nəticə verər səhnəyə çıxardım. O vaxtlar belə məqamlarda çox əsəbiləşirdim, amma indi mənim üçün sadəcə xoş xatirədir bunlar.

Sakit adam olduğumdan dava-dalaş, umu-küsü eləməmişəm. Nədənsə, düşünmüşəm ki, kiminsə qəlbini qırmaqdansa susmaq yaxşıdır, çünki mütləq bir zaman gələcək sən öz sözünü deyəcəksən...

 

Söhbətləşdi: Həmidə Nizamiqızı

Mədəniyyət.-2015.- 10 iyul.- S.5.