Bolqarıstanda Şəki haqqında
broşürlər nəşr edilib
Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Qabrovo şəhəri ilə qardaşlaşmış Şəki şəhəri haqqında bolqar dilində broşürlər nəşr olunub. Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən göndərilən məlumatlar və şəkillər əsasında hazırlanan nəşrlərdə bölgənin tarixi, Şəki xanlarının sarayı, Aşağı və Yuxarı Karvansaray, Cümə məscidi, Kiş kəndində yerləşən alban məbədi və s. barədə məlumatlar yer alıb.
Broşürlərdə Şəki və Qabrovo arasında əlaqələr barədə də məlumat verilir, 2004-cü ildə bu şəhərlərin qardaşlaşması haqqında birgə bəyannamənin imzalanmasından, qarşılıqlı səfərlərindən bəhs edilir. Şəkinin əsrarəngiz təbiətindən, qədim tarixindən, “Şəki” sözünün etimologiyasından, həmçinin Şəki xanlığından söhbət açılır. Şəkinin xalq sənətkarlıq ənənələri, mətbəx və şirniyyatları, burada təşkil edilən beynəlxalq festivallar barədə məlumat verilir.
Broşürlər Bolqarıstanın dövlət
və özəl qurumlarına, diplomatik
nümayəndəliklərə, eləcə də 30-dan çox kitabxanaya göndərilib.
Mədəniyyət.-2015.- 10 iyul.-
S.7.