“Milli mətbuatımız
- istiqlal yolumuz”
Mətbuat
Şurasının növbəti sənədli filmi Ceyhun Hacıbəyliyə
həsr olunub
Azərbaycan Mətbuat Şurasının “Milli mətbuatımız - istiqlal yolumuz” silsiləsindən növbəti sənədli filmi görkəmli ictimai xadim, yazıçı, jurnalist və tərcüməçi Ceyhun Hacıbəyliyə həsr olunub.
Şuradan bildiriblər ki, “Durun gedək evimizə...” filminin ilk nümayişi “Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları” adlı konfrans çərçivəsində Qəbələdə reallaşıb.
Filmi dövlət rəsmiləri, Mətbuat Şurası idarə heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, yerli ictimaiyyətin və mətbuat orqanlarının nümayəndələri izləyiblər.
Filmdə Ceyhun Hacıbəylinin
həyat yolunun spesifik
cəhətlərindən, onun Azərbaycanda
milli özünüdərk proseslərindəki
xidmətlərindən, ictimai xadim, yazıçı və jurnalist
kimi fəaliyyətindən bəhs olunub. Bu zaman yerli və xarici
ölkələrdəki arxivlərin
materiallarına istinad
edilib.
Qeyd edək ki,
“Durun gedək evimizə...” filminin layihə rəhbəri Mətbuat
Şurasının sədri Əflatun Amaşov,
ideya rəhbəri qurumun
idarə heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir
Feyziyev, ssenari müəllifi
isə tanınmış telejurnalist Bəxtiyar
Qaracadır.
Mədəniyyət.-2015.- 10 iyul.-
S.15.