Qisas almadan ölmə...” İsraildə nümayiş olunacaq

 

Xalq artisti, kinorejissor Oqtay Mir-QasımınQisas almadan ölmə. Keçmişdən məktublarbədii filmiİsrail-AzərbaycanBeynəlxalq Assosiasiyasının təşəbbüsü ilə avqustun 18-də Tel-Əviv şəhərində nümayiş olunacaq. Nümayişdə iştirak etmək üçün rejissor İsrailə səfər edəcək.

Mədəniyyət Turizm Nazirliyinin sifarişi iləAzərbaycanfilmkinostudiyasında lentə alınan ekran əsərinin premyerası 2014-cü ilin fevralında keçirilib. Film XIX əsrin əvvəllərindən ölkəmizdə məskən salmış almanların 1941-ci ildə Orta Asiyaya deportasiya olunmasından bəhs edir. 1819-cu ildə Vürtemberq krallığından (Almaniyanın indiki Baden-Vürtemberq əyaləti) gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanın - Helenendorf qəsəbəsinin (indiki Göygöl şəhəri) əsasını qoyurlar. Bir neçə nəsil dəyişir, almanlar yerli əhali ilə qaynayıb-qarışırlar. 1941-ci ildə Azərbaycanda yaşayan 20 minə yaxın alman Stalinin əmri ilə sürgün edilir.

Kinolentdə o dövrün hadisələri ilə yanaşı, müasir zaman da təsvir edilir. Çəkilişlər Bakıda, Göygöl rayonunda, Tbilisidə Gürcüstanın Yuxarı Svanetiya bölgəsinin dağ kəndlərində, Almaniyanın Bukof şəhərində aparılıb.

Filmin ssenari müəllifi Oqtay Mir-Qasım, quruluşçu operatoru Nikolay İvasiv (Rusiya), quruluşçu rəssamı Vaja Calaqaniya (Gürcüstan), bəstəkarı Elmar Feldir (İsrail). Rollarda Ramiz Əzizbəyli, Ayan Mir-Qasım, Qurban İsmayılov, Bəxtiyar Xanızadə, almaniyalı aktyorlar Ulrix Rexenbax, Yekaterina Şmidt, gürcü aktyorlar Gia Caparidze, Levan Boçorişvili başqaları çəkiliblər.

 

Lalə

Mədəniyyət.-2015.- 15 iyul.- S.4.