Mədəniyyət və turizm
naziri Mətbuat Şurası tərəfindən
mükafatlandırılıb
Azərbaycan Mətbuat Şurası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi "Azərbaycanda informasiyalı cəmiyyət quruculuğundakı xidmətlərinə görə" diplomu ilə təltif edib.
İyulun 10-da Milli Kitabxanada keçirilən "Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz" mövzusunda konfransda diplom Mətbuat Şurasının sədri Əflatun Amaşov tərəfindən nazir Əbülfəs Qarayevə təqdim olunub.
Konfrans Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası rəhbərinin 6 iyun
2015-ci il tarixli sərəncamı
ilə təsdiq olunmuş "Azərbaycan
milli mətbuatının 140 illik yubileyinin qeyd olunması ilə əlaqədar Tədbirlər
Planı"na əsasən Prezident
Administrasiyası, Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı
ilə keçirilib.
Mədəniyyət.-2015.- 15 iyul.-
S.8.