Azərbaycanın turizm potensialı Sidneydə təbliğ olunur

 

İyulun 1-dən başlayaraq Sidney hava limanından şəhər istiqamətində hərəkət edən taksilərin üzərində Azərbaycanın turizm imkanlarını əks etdirən reklam lövhələri yerləşdirilib. Ölkəmizin turizm potensialının təbliği məqsədilə atılan bu addımın təşkilatçıları Sidney şəhərində fəaliyyət göstərən «Australian Azerbaijanian Association Inc» təşkilatının rəhbəri Mikayıl Oyta Azərbaycanın Avstraliyadakı səfirliyidir.

Kampaniyanın altı aydan bir ilədək davam etdirilməsi nəzərdə tutulub. Reklam lövhələrinin dizaynı Sidney şəhərində yerləşən «Oba Media»nın rəhbəri, əslən azərbaycanlı olan İsmayıl Oba tərəfindən tərtib edilib.

 

Fəxriyyə Abdullayeva

Mədəniyyət.-2015.- 15 iyul.- S.9.