Turistlərə
elektron viza almaq hüququnu əldə etmək
üçün
Azərbaycan
Respublikasında fəaliyyət göstərən turizm
şirkətlərinin
akkreditasiyadan keçməsi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29 iyun tarixli 247 nömrəli
qərarı ilə təsdiq edilmişdir
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda
Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsinin
38.7-ci maddəsinə uyğun
olaraq hazırlanmışdır
və turistlərə
elektron viza almaq hüququnu əldə etmək üçün
Azərbaycan Respublikasında
fəaliyyət göstərən
turizm şirkətlərinin
Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyində (bundan sonra - Nazirlik) akkreditasiyadan keçməsi qaydasını
müəyyən edir.
1.2. Turizm fəaliyyətinə verilmiş
xüsusi razılıq
(lisenziya) əsasında 1 (bir) ildən az
olmayaraq fəaliyyət
göstərən turizm
şirkətləri akkreditasiyadan
keçmək üçün
müraciət etmək
hüququna malikdirlər.
2. Akkreditasiya qaydası
2.1. Akkreditasiyadan
keçmək üçün
turizm şirkəti ərizə ilə Nazirliyə müraciət
etməlidir.
2.2. Ərizədə
aşağıdakılar göstərilməlidir:
2.2.1. turizm
şirkətinə verilmiş
lisenziyanın qeydiyyat
nömrəsi;
2.2.2. turizm
şirkətinin əlaqələndirici
şəxsi haqqında
məlumat.
2.3. Ərizəyə
turizm şirkətinin
son 3 (üç) ay ərzində
Azərbaycan Respublikasına
gətirdiyi xarici turistlərin sənədlərinin
surətləri (xarici
turizm şirkəti və ya turistlərlə
bağladığı müqavilənin
(vahid bir sənədin) və ya Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin 406.3-cü maddəsinə əsasən
sənədlər mübadiləsi
formasında bağlanmış
müqavilələr üzrə
yazışmanın, habelə
bu cür müqavilə əsasında
edilmiş ödənişlər
üzrə sənədlərin
surətləri) əlavə
edilməlidir.
2.4. Ərizəyə
Nazirlik tərəfindən
baxılmasının və
qərar qəbul edilməsinin ümumi müddəti 10 (on) iş
günüdür.
2.5. Ərizə
Nazirliyə daxil olduqdan ilk 5 (beş)
iş günü ərzində onun bu Qaydanın 2.1-2.3-cü bəndlərində müəyyən
edilmiş tələblərə
cavab verməsi məsələsi araşdırılır.
Əgər hər hansı məlumat və ya sənəd
çatışmırsa, bununla
bağlı ərizəçiyə
sorğu göndərilir
və 3 (üç) iş günü müddətində ərizənin
həmin tələblərə
uyğunlaşdırılması təklif edilir. Sorğuya cavab verildikdə, həmin cavaba ümumi müddətin qalan hissəsi ərzində baxılır.
2.6. Nazirlik
tərəfindən ərizəçiyə
sorğu verildikdə,
həmin ərizəçi
3 (üç) iş günü müddətində
tələb edilən
məlumatları və
(və ya) sənədləri təqdim
etməlidir.
2.7. Ərizəyə
Nazirlik tərəfindən
baxılması nəticəsində
akkreditasiyadan imtina üçün əsas olub-olmaması araşdırılaraq,
turizm şirkətinin
akkreditasiyadan keçməsi
və ya akkreditasiyasından imtina barədə qərar qəbul edilir, bu barədə ərizəçiyə məktub
verilir.
2.8. Turizm
şirkətinin akkreditasiyasından
aşağıdakı hallarda
imtina edilir:
2.8.1. Nazirlik tərəfindən sorğu
edilən sənədlər
və (və ya) məlumatlar təqdim edilmədikdə
və ya natamam olduqda;
2.8.2. təqdim
edilmiş sənədlərdə
yanlış məlumatlar
olduqda.
2.9. Akkreditasiyadan
imtinaya səbəb olmuş çatışmazlıqlar
aradan qaldırıldıqdan
sonra həmin turizm şirkəti turistlərə elektron viza almaq hüququnu
əldə etmək üçün yenidən
müraciət edə
bilər.
3. Akkreditasiya
müddəti, akkreditasiyanın
qüvvədən düşməsi
və ləğvi
3.1. Turizm şirkəti turizm fəaliyyətinin həyata
keçirilməsi üçün
verilmiş lisenziyanın
qüvvədə olduğu
müddətə akkreditasiya
olunur.
3.2. Turizm
fəaliyyətinin həyata
keçirilməsi üçün
verilmiş lisenziyanın
fəaliyyəti dayandırıldıqda,
bu Qaydaya uyğun verilmiş turizm şirkətinin akkreditasiyasının da qüvvəsi eyni müddətə dayandırılır.
3.3. Turizm
şirkətinin akkreditasiyası
aşağıdakı hallarda
qüvvədən düşmüş
hesab edilir:
3.3.1. turizm
şirkətinin müvafiq
müraciəti olduqda;
3.3.2. turizm fəaliyyətinin
həyata keçirilməsi
üçün verilmiş
lisenziyanın müddəti
bitdikdə;
3.3.3. turizm fəaliyyətinin
həyata keçirilməsi
üçün verilmiş
lisenziya ləğv edildikdə.
3.4. Turizm
şirkətinin akkreditasiyası
aşağıdakı hallarda
ləğv edilir:
3.4.1. bu Qaydanın
4.2-ci bəndinə uyğun
olaraq turizm şirkətinə xəbərdarlıq
olunduqdan sonra müvafiq statistik məlumatlar təkrarən
təqdim edilmədikdə;
3.4.2. akkreditasiyadan keçməsi üçün
təqdim edilən sənədlərdə yanlış
məlumat aşkar edildikdə.
4. Yekun müddəalar
4.1. Akkreditasiyadan
keçmiş, akkreditasiyası
qüvvədən düşmüş
və ya ləğv edilmiş turizm şirkətləri haqqında məlumat Nazirliyin internet səhifəsində,
habelə Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin
internet səhifəsində yerləşdirilir.
4.2. Akkreditasiyadan
keçmiş turizm şirkətləri Nazirlik
tərəfindən təqdim
olunmuş hesabat formasına uyğun olaraq hər rübün ilk 10 (on) günü
ərzində ötən
rüb üzrə elektron viza rəsmiləşdirilməsi
ilə bağlı statistik məlumatları Nazirliyə təqdim etməlidir. Statistik məlumatlar bu
müddət ərzində
təqdim edilmədikdə,
Nazirlik tərəfindən
ona xəbərdarlıq
məktubu göndərilir
və təkrarən tələb edilir.
4.3. Nazirliyin
vəzifəli şəxslərinin
akkreditasiya ilə bağlı qəbul etdiyi qərarlardan və hərəkətlərindən
inzibati qaydada və məhkəməyə
şikayət verilə
bilər.
4.4. Bu Qaydada dəyişikliklər Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun olaraq edilə bilər.
Mədəniyyət.-2015.- 15 iyul.- S.10.