Bolqarıstan qəzetində Azərbaycan
xalçaları haqqında məqalə
Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin “Standart” qəzetində III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, jurnalist Olia Al Ahmedin Azərbaycan xalçaları haqqında məqaləsi dərc edilib. Məqalədə xalçanın özünəməxsus sirlərinin olduğu bildirilir, onun bəzəklərində gizlədilmiş simvolların ölkənin tarixini və qədim ənənələrini əks etdirdiyi, gələcək nəsillərin yaddaşında iz qoyduğu vurğulanır.
Azərbaycan
xanımlarının əsrlər boyunca xalçaya vurduqları naxışların mənasının
gizli saxlandığını yazan müəllif naxışların
xalqın milli-mifoloji köklərini yaşadan faktları, ailədə olan ənənələri, həyatı əks
etdirdiyini diqqətə
çatdırır. Müəllif xalçalardakı gül, ağac, bitki, heyvan motivlərinin
açıqlamasını verir. Qanadlar, dimdik, caynaqların
azadlığın və gücün simvolu kimi istifadə edildiyini vurğulayan jurnalist buynuzlarda “S”
işarəsinin də gizli məna
daşıdığını diqqətə
çatdırır. Bu
naxışların xalça üzərində
yalnız qoruyucu vasitə deyil,
həm də ezoterik məna, müsbət
enerji daşıyıcısı kimi çıxış etdiyi
bildirilir. Jurnalist qeyd edir ki,
Azərbaycan xalçalarında bir
sıra kodlaşmış simvollar var ki, bu
işarələrlə müraciətlərin mənasını
başa düşmək mümkündür.
Mədəniyyət.-2015.- 15 iyul.-
S.12.