Koreya kinosu festivalı Lənkəranda davam edir

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı Koreya Respublikasının Bakıdakı səfirliyinin dəstəyi ilə iyulun 6-da Azərbaycanın regionlarında Koreya kinosu festivalı başlayıb. İlk olaraq iyulun 6-dan 12-dək Gəncədə Koreya filmlərinin nümayişi keçirilib.

 

İyulun 13-də Lənkəran Mədəniyyət sarayındaAzərbaycanda Koreya kinosu festivalıbaşlayıb. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov, Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Çoi Suk-İn, SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva, assosiasiyasının şöbə müdiri İradə Nəcəfova iki ölkənin mədəni əlaqələrindən, bu cür tədbirlərin əhəmiyyətindən bəhs ediblər.

Qeyd olunub ki, nümayiş etdiriləcək filmlər Azərbaycan tamaşaçısına Koreya xalqının həyat tərzini, adət-ənənəsini, ictimai-siyasi həyatını daha yaxından tanımaq imkanı yaradacaq.

Sonra tamaşaçılara 2001-ci ildə rejissor Song İl-gon tərəfindən lentə alınmışTəkcə sənbədii filmi təqdim olunub.

Lənkəran şəhərində Koreya kinosu festivalı iyulun 19-dək davam edəcək. Festival 20-29 iyulda Sumqayıtda, 31 iyul-6 avqustda Ağdaşda, 7-15 avqust tarixində isə Qəbələdə keçiriləcək. Festivalda 10 Koreya filmi nümayiş olunur. Bütün filmlər SEBA Assosiasiyasının dəstəyi ilə Azərbaycan dilinə dublyaj olunub.

 

 

Mədəniyyət.-2015.- 15 iyul.- S.15.