Qardaş xalqların maarifpərvər fədailəri: Çokan Vəlixanov

 

Qazax-qırğız folklorunu toplayaraq elmi dövriyyəyə daxil edənlərdən biri də görkəmli etnoqraf alim Çokan Vəlixanov olub. Bir müddət hərbi xidmətdə olan tədqiqatçı maraqlı rəsm əsərlərinin də müəllifi kimi tanınıb.

Çokan (əsl adı Məhəmməd Həkəfiyə) Çingiz oğlu Vəlixanov 1835-ci ildə Qazaxıstanın Kokçetav (Göycədağ) vilayətinin Kuşmurun qəsrində dünyaya göz açıb. Orta Qazax Cuzu Ablay xanın nəslindən olan atası oğlunun təlim-tərbiyəsinə çox diqqət yetirib. Çokan əvvəlcə molla məktəbində təhsil alır. Onun mənəvi inkişafında sinəsi folklor örnəkləri ilə zəngin olan nənəsi Ayxanımın da böyük təsiri olur. 1847-1853-cü illərdə Omsk Kadet Korpusunda hərbi təhsil alır. Burada rus dili ilə yanaşı, fransız alman dillərini öyrənir. İstedadlı gənc xalqının tarixi, folkloru ilə yaxından maraqlanır, qazax səhralarının bəzi rayonlarının topoqrafiyasını öyrənir. Bir neçə maraqlı yerlərin xəritəsini ilk qazax rəssamı kimiBöyük Orda qazaxları”, “Sartay tayfasından olan Sarı Baqış s. tabloları çəkir.

Təhsilini müvəffəqiyyətlə başa vuran Ç.Vəlixanov Sibirdəki rus-qazax süvari alayının şeypurçular bölüyünə komandir təyin edilir. Həmin vaxtlar çara sui-qəsd təşkil etdiklərinə görə Rusiya tarixindəpetraşevçilərkimi ziyalıların bir qrupu Sibirə sürgün olunmuşdu. 19 yaşlı Çokan 1854-cü ildə sürgündə olan məşhur yazıçı F.M.Dostoyevski şair S.F.Durovla tanış olur. O, ikinci dəfə Dostayevski ilə Semplatinskdə görüşür...

Türküstanda yaşayan türklərin ləhcələri ilə yanaşı, ərəb fars dillərini bilməsi, iti yaddaşı, xüsusən dil öyrənmək bacarığı Çokanı tezliklə hərbçilər arasında məşhur edir. Qərbi Sibirin general-qubernatoru Qustav Qasfort onu özünə yavər götürür, onun məharəti haqqında rəhbərliyi məlumatlandırır. O, hərbi-strateji araşdırmalar qrupuna daxil edilir. Sonra isə müdafiə daxili işlər nazirliklərinin Asiya departamentinə dəyişilir. Müsəlman olması, çox dil bilməsi Ç.Vəlixanova şans verir. Yerli hakimlərin saraylarına yol tapır. O, 1855-ci ildə qazaxların Sibir türklərinin Yeddi su adlanan bölgəsinə Kokand xanlığına gedən ekspedisiyanın tərkibinə daxil edilir. Ona Sibir xalqlarının adət-ənənəsini dünyagörüşünü öyrənmək tapşırılır. Alimlər onun folklorçu etnoqraf məharətinə heyran qalırlar.

İli çayı boyunca elmi heyətlə birlikdə ekspedisiyaya gedən Ç.Vəlixanov burada manasçılarla görüşür. Üç gün, üç gecəManasdastanını dinləyir. Kuketay xan haqqında olan qolu toplayır. Bu dastanın ilk yazıya alınmış hissəsi hesab olunur. O, yalnızManasdastanını toplamaqla kifayətlənmir, “Kozı Korpeş Bayan Sulu” dastanını da elm aləminə məlum edir.

Rəssamlıq qabiliyyəti olduğuna görə o, getdiyi yerləri yalnız sözlə təsvir etmir, qələm fırça ilə rəsmlərini çəkir. Bu rəsmlər Rusiyanın müvafiq dövlət orqanları üçün olduqca vacib material sayılır. 1857-ci ildə Ç.Vəlixanov Rusiya Coğrafiya Cəmiyyətinə üzv qəbul edilir.

Səyyah-coğrafiyaçı Semyonov-Tyanşanski 1856-ci ildə Ç.Vəlixanovla Kaşkara yola çıxır. Ağıllı səbirli davranışı ilə ölümün pəncəsindən qurtulan alim üç il sonra zəngin materialla geri dönür. Müdafiə nazirinin göstərişi ilə Ç.Vəlixanov 1860-cı ilin əvvəllərində Sankt-Peterburqa dəvət edilir, yüksək səviyyədə qarşılanır. Çar II Aleksandr onuMüqəddəs Vladimir” ordeni ilə təltif edir, hərbi rütbəsini yüksəldir. Baş qərargahda Orta Asiya Şərqi Türküstanın xəritəsini hazırlayan qrupda işləməyi tapşırır... Sankt-Peterburqda yaşadığı iki il müddətində o, soydaşımız professor Mirzə Kazım bəylə digər alimlərlə görüşür, onlarla məsləhətləşmələr aparır.

Professor Nizami Tağısoy araşdırmasında göstərir ki, Ç.Vəlixanov həm qırğız qəhrəmanlıq eposuManas”ın ilk tədqiqatçısı kimi tanınıb. Manas”ıİliadailə eyni sırada görməklə bərabər, bu abidənin bəşəriliyini əsaslandırıb. Göstərib ki, “Manasbütün qırğız mifləri, nağılları rəvayətlərinin ensiklopedik məcmusu olmaqla bir şəxsin simasında - batır Manasda özünü əks etdirib. Həm qırğızların həyat tərzi, adət-ənənələri, əxlaqı, coğrafiyası, dini təbabət təfəkkürü beynəlxalq münasibətləri məhz bu nəhəng epopeyada öz əksini tapıb.

1861-ci ilin mayında Ç.Vəlixanov vətənə dönür. Rus ordusu 1864-cü ilin mart-iyun aylarında Kokand xanlığı üzərinə hücum edir. Ç.Vəlixanov da onların arasında olur. Hərbçilərin dinc əhaliyə tutduqları divanı görüncə geri qayıdır. Rusiya hökumətinə xidmətdə yanıldığını başa düşərək hərbidən istefa verir. Məkkə ziyarətinə getmək istəsə , bu gənc alimə qismət olmur. 10 aprel 1865-ci ildə, 30 yaşında Taldı Kurqan vilayətinin Altın-Emel aşırımında dünyasını dəyişir dağın ətəyində dəfn olunur.

Çokan Vəlixanovun bu qısa ömründə yazdığıCunqirya oçerkləri”, “Qırğızlar”, “Çin imperiyasının batısı Qulca şəhəri s. əsərləri türkologiya elminə folklorşünaslığa dəyərli töhfə kimi qiymətləndirilir.

 

Savalan Fərəcov

Mədəniyyət.-2015.- 15 iyul.- S.15.