Qocaman şair və
mədəniyyət işçisi təltif
edilib
İyulun 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Yazıçılar Birliyinin üzvü, qocaman şair və mədəniyyət işçisi, əmək veteranı Simax Şeydanı 79 yaşının tamam olması münasibətilə nazirliyin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edib.
Simax Şeyda (Yuşbayev Simax Barux oğlu) 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. 1940-cı ildə ailəliklə Gəncə şəhərinə köçüblər. Burada Sabir adına 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra fəhlə-gənclər məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib.
Simax Şeyda əmək fəaliyyətinə Gəncə şəhərindəki Rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist kimi başlayıb. Orada baş metodist və direktor olub. Daha sonra Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri (1965-1990) və "Azərteatr" Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində (1990-1993) çalışıb.
Ədəbi fəaliyyətə orta məktəbdən başlayıb. "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Göyərçin" jurnalı və digər dövri mətbuat səhifələrində uşaqlar üçün şeirləri, mənzum nağılları dərc olunub.
Simax Şeyda
uşaqların sevimli şairidir.
Uşaqlar üçün
qələmə aldığı beş
mənzum pyes rəğbətlə
qarşılanıb. "Təyyarə", "Mən balaca kosmonavtam",
"Yaxşı qız", "Kimin belə
qızı var" və "Tülkü, tülkü,
tünbəki" kitabları kütləvi tirajla
nəşr olunub.
Mədəniyyət.-2015.- 17 iyul.-
S.4.