Belarus Prezidenti Polad Bülbüloğlunu
mükafatlandırıb
Xəbər verdiyimiz kimi, iyulun 9-dan 13-dək Belarusun Vitebsk şəhərində “Slavyan bazarı” XXIV Beynəlxalq İncəsənət Festivalı keçirilib. Festivalda estrada mahnı müsabiqəsinin münsiflər heyətinə görkəmli müğənni və bəstəkar, Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu rəhbərlik edib.
Festivalın bağlanış mərasimində Belarus Prezidenti Aleksandr Lukaşenko “İncəsənət vasitəsilə sülhə və qarşılıqlı anlaşmaya doğru” xüsusi mükafatını Polad Bülbüloğluna təqdim edib.
Sənətkar dövlət
başçısına təşəkkür edərək
mükafatı şəxsi töhfəsi kimi
deyil, Belarus ilə Azərbaycan
arasında dostluq münasibətlərinin
inkişafına diqqətin nümunəsi kimi
dəyərləndirib. O həmçinin Vitebskdə
keçirilən möhtəşəm musiqi
və incəsənət bayramına görə bütün iştirakçılar adından Belarus rəhbərliyinə minnətdarlığını
bildirib.
Mədəniyyət.-2015.- 17 iyul.-
S.4.