“Dünyanın 4/5-ü” rəssamın
fotolarında
Xalq rəssamı Cəmil Müfidzadənin “Dünyanın 4/5-ü” adlı kitabı işıq üzü görüb. Kitab rəssamın daha bir sənət bacarığını üzə çıxarır. O, ömrü boyu çəkdiyi fotoların bir hissəsini burada toplayıb.
Kitabda rəssamın 40-dan artıq ölkənin 100-dən çox şəhərinə səfərlərini əks etdirən 608 foto yer alıb. Bununla yanaşı, nəşrdə yurdumuzun Bakı, Ordubad, Naxçıvan, Gəncə, Şəki, Şamaxı, Quba və başqa şəhərlərində çəkilən fotolar da verilib. Rəssam gəzdiyi şəhərlərin ən görməli, qədim yerlərini, insanlarını, mədəniyyətini fotokameranın yaddaşına köçürüb, özü də bir çox fotoların qəhrəmanı olub.
Kitab haqqında rəssam bunları bildirib:
- Səfər etmək, yeni ölkələri, xalqları, onların yaşayışını, təbiətini,
adətlərini görmək
çox maraqlıdır.
Bütün səfərlərimdən
yaradıcılığıma işıq düşüb,
yeni əsərlər
yaranıb: “Neft daşları”, “Abşeron
nefti”, “Buhenvald”, “Şimal” (Yakutsk-Tiksi, Ust-Olenyok, Rusiya-Arxangelsk-Naryan
Mar), “Xınalıq”, “Yaponiya”,
“Monqolustan torpağında”,
“Misir təəssüratları”,
“Venesiya” silsiləsi...
Xoşbəxtəm ki, dünyanın
insan yaşayan beş qitəsindən
dördündə olmuşam.
Hələ ki, Avstraliyanı
görə bilməmişəm.
Dərs dediyim Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının həyatını
əks etdirən 3000-ə
qədər fotom var. Onların çoxu tarixi kadrlardır. Çox
heyfsilənirəm ki,
gəncliyimdə sıx
ünsiyyətdə olduğum,
böyük hörmət
bəslədiyim, unudulmaz
insanlar - Səttar Bəhlulzadənin, Ələkbər
Rzaquliyevin, Mikayıl Abdullayevin, Rasim Babayevin, Toğrul Nərimanbəyovun fotolarını
çəkməmişəm.
S.Soltanlı
Mədəniyyət.-2015.- 17 iyul.-
S.12.