Azərbaycan fotoqrafı Britaniya Kral Fotoqrafiya Cəmiyyətinin üzvü seçilib

 

Böyük Britaniya Kral Fotoqrafiya Cəmiyyəti (BBKFC) dünyanın ən nüfuzlu fotoqrafiya birliklərindən biridir. Onun əsası 1853-cü ildə britaniyalı fotoqraf Rocer Fenton tərəfindən qoyulub. Müxtəlif ölkələrdən adlı-sanlı fotoqraflar, o cümlədən Martin Parr (Britaniya), Enni Leybovits (ABŞ) bu cəmiyyətin üzvüdürlər.

Azərbaycanı BBKFC-də fotoqraf Rüfət Əliyev təmsil edəcək. O, bu nüfuzlu cəmiyyətin üzvü olmaq şərəfinə layiq görülmüş ilk azərbaycanlıdır. Böyük Britaniya Kral Fotoqrafiya Cəmiyyətinin rəhbərliyi onun 2014-cü ildə Azərbaycanın müxtəlif yerlərində çəkdiyi fotoşəkilləri yüksək qiymətləndirib. Rüfət Əliyev “Əlahəzrət...” layihəsindən olan fotoşəkilləri Uels şahzadəsinə göndərib və tezliklə cavab alıb. Kral həzrətləri fotoşəkillərə görə Rüfət Əliyevə təşəkkür edibona ən xoş arzularını bildirib.

Cəmi 13 fotoşəkil təqdim olunub. Hazırda həmin şəkillər BBKFC-nin Fenton Hausdakı kitabxanasına verilib. Bundan əlavə, Rüfət Əliyevin “Əlahəzrət...” seriyasından işləri dünya şöhrətli fotoqrafların BBKFC-nin beynəlxalq sərgisi üçün seçilmiş 100 ən yaxşı fotoqrafiyası siyahısına daxil edilib və 2015-ci ilin oktyabrında LondondaOld Truman Brewery” qalereyasında nümayiş etdirilib. Sonra sərgi Böyük Britaniyanın hər yerində nümayiş etdiriləcək.

 

Mədəniyyət.-2015.- 17 iyul.- S.12.