Kölndə azərbaycanlı pianoçunun konserti

 

Köln Universitetinin mərkəzi konsert salonunda həmvətənimiz, pianoçu Elnarə İsmayılovanın uğurlu çıxışı olub. O, dirijor və bəstəkar Mixael Ostriqin rəhbərlik etdiyi simfonik orkestrin müşayiəti ilə Edvard Qriqin fortepiano ilə orkestr üçün lya minor konsertini məharətlə ifa edib.

Elnarə İsmayılovanın konserti onun Almaniya universitetlərinin orkestrləri ilə birlikdə ölkə turnesi çərçivəsində keçirilib. Pianoçu on ildən çoxdur ki, Köln Ali Musiqi Akademiyasının və Essen İncəsənət Universitetinin dosentidir. O, Avropa ölkələrinə konsert səfərlərinə çıxır, konsertlərində və disklərində Azərbaycan fortepiano musiqisini fəal təbliğ edir.

 

Mədəniyyət.-2015.- 22 iyul.- S.2.