Bölgələrdə Milli
Mətbuat Gününə həsr olunmuş
tədbirlər
İyulun 21-də Oğuz rayon Mərkəzi kitabxanasında “Milli mətbuatımız-140” başlıqlı oxucu konfransı keçirilib.
Tədbirdə “Oğuz yurdu” qəzetinin kollektivi, Heydər Əliyev Mərkəzinin və Tarix-Diyarşünaslıq Muzeyinin işçiləri, Əməkdar müəllim M.Əsədova iştirak edib. Tədbiri kitabxananın oxuculara xidmət şöbəsinin müdiri N.Manafova açaraq, milli mətbuatın tarixindən bəhs edib. Kitabxananın əməkdaşlarından A.Fərzəliyeva, A.Cəfərova, T.İsayeva Azərbaycan mətbuatının tarixi və uşaq mətbuatı barədə məruzələr ediblər. “Oğuz yurdu” qəzetinin redaktoru N.Hüseynli mətbuatın 140 illik yubileyinin qeyd olunmasını bu sahəyə dövlət qayğısının nümunəsi kimi dəyərləndirib.
Əməkdar müəllim M.Əsədova mətbuat tariximizin bəzi məqamları haqqında fikirlərini bölüşüb. Konfrans MKS-nin direktoru S.Mikayılovanın çıxışı ilə sona çatıb.
* * *
İyulun 15-də Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında milli mətbuatımızın 140 illiyi ilə əlaqədar yerli media işçiləri ilə oxucuların görüşü keçirilib. Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Seyfəddin Feyzullayev açaraq Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu və bugünkü vəziyyəti haqqında qısa məlumat verib.
“Ağdaş” qəzetinin redaktoru Tofiq İsmioğlu nəşrin tarixindən bəhs edib. Rayon İcra Hakimiyyətinin məsul işçisi Möhlüd Hacıxanov Azərbaycan dövlətinin mətbuata qayğısından danışıb.
Çıxışlarda qeyd olunub ki, Milli Mətbuat Günü təkcə jurnalistlərin yox, bütün cəmiyyətin bayramıdır. Biz də respublikamızın bütün media nümayəndələrini bu münasibətilə təbrik edirik.
* * *
İyulun 10-dan Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Əkinçi” qiraətləri” başlayıb. Muzeyə gələnlərə əvvəlcə ekskursiya təşkil edilib. Sonra muzeyin əməkdaşları “Əkinçi”nin bu günlə səsləşən kənd təsərrüfatına, adət-ənənələrimizə, ədəbiyyatımıza, daxili və xarici aləmlə əlaqədar xəbərləri dinləyicilərin diqqətinə çatdırıb. “Əkinçi” qiraətləri”nə 22 iyulda yekun vurulacaq.
* * *
Tərtər rayon Mərkəzi kitabxanasında “Milli mətbuat - 140” başlığı altında dəyirmi masa təşkil edilib. Tədbirdə mətbuat işçiləri və rayon ictimaiyyəti iştirak edib. Çıxışlarda Azərbaycanda milli mətbuatın keçdiyi mürəkkəb yoldan söz açılıb, bu gün mətbuata göstərilən dövlət qayğısından danışılıb.
* * *
“Bərdə” qəzeti redaksiyasında milli mətbuatın 140 illik yubileyi münasibətilə “Oxucu günü” keçirilib. Qəzetin redaktoru Elbrus Məmmədov Azərbaycan mətbuatının zəngin yolundan danışıb, Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” sərəncamını bu sahəyə dövlət qayğısının bariz nəticəsi kimi dəyərləndirib.
Tədbirdə 1932-ci ildən nəşr olunan “Bərdə” qəzetinin tarixindən, fəaliyyətindən
geniş bəhs edilib,
müxtəlif illərdə qəzetin redaktoru
olmuş şəxslər haqqında xatirələr
dinlənilib.
Mədəniyyət.-2015.- 22 iyul.-
S.4.