Koreya kinosu festivalı Sumqayıtda davam edir

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı Koreya Respublikasının Bakıdakı səfirliyinin dəstəyi ilə Azərbaycanın şəhər rayonlarında Koreya kinosu festivalı keçirilir.

 

İlk olaraq iyulun 6-dan 12-dək Gəncədə keçirilən film nümayişləri iyulun 13-dən 19-dək Lənkəran şəhərində davam edib.

Festivalın növbəti ünvanı Sumqayıtdır. İyulun 20-də Nəsimi adına şəhər mədəniyyət istirahət parkındakıYaşıl teatr”da keçirilən mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Lalə Hacıyeva, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in SEBA Assosiasiyasının şöbə müdiri İradə Nəcəfova çıxış ediblər.

Çıxışlarda festivalın respublikamızın mədəni həyatında əhəmiyyətli hadisəyə çevrildiyi ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə töhfə olduğu vurğulanıb. Bildirilib ki, Koreya kinosu festivalı Azərbaycan Koreya əməkdaşlığını, ən əsası isə qarşılıqlı mədəniyyətləri əks etdirir. Kino günlərinin məqsədi Koreya mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.

Sonra SEBA Assosiasiyasının sədr müavini İrina Zeynalova Sumqayıtda keçirilən festivalı açıq elan edib. Tamaşaçılara 2011-ci ildə rejissor Gwon Chil-in tərəfindən lentə alınanCanlı efirdə məhəbbət” (“Love on-air”) adlı film təqdim olunub.

Qeyd edək ki, Koreya kinosu festivalı 31 iyul-6 avqust tarixində Ağdaş rayonunda, 7-15 avqustda Qəbələdə keçiriləcək.

Beş şəhər rayonun hər birində festival günlərində Koreyada 2008-2013-cü illərdə istehsal olunmuş 10 film nümayiş olunur. Filmlər SEBA Assosiasiyasının dəstəyi ilə Azərbaycan dilinə dublyaj olunub.

 

Mədəniyyət.-2015.- 22 iyul.- S.5.