Ramazan bayramı günlərində Qəbələyə böyük turist axını olub

 

İsti yay aylarında Qəbələ rayonu gözəl təbiətinə, soyuq bulaqlarına, mənzərəli çay və göllərinə, burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedici olur.

 

Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova bildirib ki, bayramla əlaqədar 4 gün tətilin olması fürsətindən istifadə edən turistlər bugünlərdə Qəbələyə üz tutublar. Kanatla dağ gəzintisi, atla meşələrdə gəzintiyə çıxmaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq, meşələrdə heyvanquş ovlamaq barədə düşünənlərin arzusu Qəbələdə gerçəkləşir. Turistlərin istirahətinin mənalı təşkili üçünQafqaz Resort”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə Termal Hotel və SPA”, “Qafqaz Sport”, “Qəbələ City” və “Yeddi Gözəl” hotellərində, “Qəbələnd” istirahət və əyləncə mərkəzində hər cür şərait yaradılıb.

Rayonda hotelrestoran xidmətlərinə görə qiymətlər ötən illə müqayisədə aşağı salınıb ki, bu da müştərilərin ürəyincədir. Məsələn, keçən ilKarvan” hotelində ikinəfərlik ən ucuz nömrə 50 manat idisə, bu ildən həmin otaqlar müştərilərə 35 manata təklif edilir.

Qəbələyə ailəvi gələn və bir neçə gün rayonda qalıb dincəlmək istəyən turistlər əsasən meşə və çay kənarındakı kotteclərdə və kirayə verilən kənd evlərində istirahət etməyə üstünlük verirlər. Bir günü 20 manata olan kənd evlərində 4 nəfərlik ailə istirahət edə bilir. Rayonun dağlıq və meşəlik ərazilərində yerləşən Vəndam, Nohurqışlaq, Duruca, Qəmərvan, BumBunud kəndlərindəki evlərin təxminən yarısı kirayə verilir ki, bu da yerli əhalinin dolanışıq şəraitinin yaxşılaşmasına səbəb olur. Həmçinin turistlər rayonda istirahət etməklə yanaşı, Qəbələnin qədim tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə də yaxından tanış olmaq imkanı əldə edirlər.

Şöbə müdiri Nargilə Qafarova qeyd edib ki, ilkin məlumata görə, bayramın üç günündə rayona 2800-ə yaxın turist gəlib. Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Onlardan 19-u beş, dördüçulduzlu hotellər və müasir istirahət mərkəzləridir. Ötən il Qəbələyə 50350 yerlixarici turist gəlib. Bu il turistlərin sayının daha çox olacağı gözlənilir.

 

Mədəniyyət.-2015.- 22 iyul.- S.9.