Milli mətbuatın 140 illiyi münasibətilə yazı müsabiqəsinə
yekun vuruldu
İyulun 20-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) milli mətbuatın 140 illik yubileyi münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Fondun icraçı direktoru Vüqar Səfərli tədbiri giriş sözü ilə açaraq media nümayəndələrini müqəddəs Ramazan bayramı və milli mətbuatın yaranmasının 140 illik yubileyi münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Fondun icraçı direktoru bildirib ki, müsabiqəyə 19 istiqamət üzrə 153 yazı təqdim edilib. Bu istiqamətlər üzrə birinci yer üçün 500 manat məbləğində bir mükafat, ikinci yer üçün 400 manat məbləğində iki mükafat, üçüncü yer üçün 300 manat məbləğində üç mükafat nəzərdə tutulub. Ümumilikdə qaliblər üçün 114 mükafat nəzərdə tutulsa da, üç istiqamət üzrə yazılar az (6 yerə 5 yazı) təqdim olunub və buna görə də 111 müəllif mükafatlara layiq görülüb.
Yazılar 12 ekspert tərəfindən
qiymətləndirilib. Ekspertlərdən Bakı
Dövlət Universitetinin jurnalistika
fakültəsinin professoru Cahangir
Məmmədli müsabiqəyə təqdim olunan
yazılarda vətəndaşlıq mövqeyinin
daha çox əksini
tapmasını təqdir edib, ancaq yazılarda fərdi üsluba
az rast gəlinməsini
çatışmayan cəhət kimi qeyd edib. O deyib ki, jurnalistin
yazılarda fərdi üslubu da müşahidə edilməlidir. Digər bir problem isə təqdim edilən yazılarda internet resurslarından
çox istifadə edilməsidir.
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Jurnalistlərin
Həmkarlar İttifaqının
sədri Müşfiq
Ələsgərli, "Yeni
Azərbaycan" qəzetinin
baş redaktoru Hikmət Babaoğlu müsabiqələrə təqdim
edilmiş yazılar barədə fikir və rəylərini bildiriblər. Ekspertlər jurnalistlərə Fondun təşkil etdiyi müsabiqələrə
daha yaradıcı yanaşmağı, tədqiqatlara
və analitik mövzulara, eləcə də orijinal yazılara üstünlük
verməyi tövsiyə
ediblər.
Tədbirin sonunda qalib jurnalistlərə
mükafatlar təqdim
edilib. Mükafatlandırılanlar arasında “Mədəniyyət”
qəzetinin əməkdaşları
Vüqar Əliyev və Fəxriyyə Abdullayeva da var.
Mədəniyyət.-2015.- 22 iyul.- S.10.