Dilçilik tariximizin dəyərli əsəri

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının qərarı ilə “Mirzə Məhəmməd Əfşar “Fənni-sərfü nəhvi-türki” (qrammatik oçerk, mətnin transliterasiyası, lüğət və əlyazmanın fotosurəti)” kitabı çapdan çıxıb.

Kitabda XIX əsr Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən biri olan M.Əfşarın “Fənni-sərfü nəhvi-türki” əsərinin ərəb əlifbasından müasir əlifbaya transliterasiyası verilib, eyni dövrə aid dilçilik əsərləri ilə müqayisələr əsasında hazırlanmış qrammatik oçerk, habelə izahlı dilçilik terminləri və çətin anlaşılan ərəb və fars mənşəli sözlərin lüğəti mətnə əlavə edilib.

Nəşrin elmi redaktorları Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev və professor Kamandar Şəriflidir. Kitab dilçi-mütəxəssislər, Azərbaycan dilinin tədrisi tarixi ilə məşğul olan tədqiqatçılar və geniş oxucu kütləsi üçün faydalı mənbədir.

 

 

Mədəniyyət.-2015.- 22 iyul.- S.15.