Azərbaycan milli mətbuatının 140 illiyi təntənəli mərasimlə qeyd olunub

 

İyulun 22-də “Gülüstan” sarayında Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib. Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış media təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb. Azərbaycan milli mətbuatının inkişaf tarixi ilə bağlı film nümayiş olunub.

Sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən təltif edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələrinə dövlət mükafatları təqdim olunub. Mükafatları Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdim edib.

 

KİVDF, Mətbuat Şurası və digər qurumların mükafatları təqdim olunub

 

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun kütləvi informasiya vasitələri arasında “Birinci Avropa Oyunlarını ən genişdolğun işıqlandıran KİV” mövzusunda keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb.

Fondun ekspertlərinin apardıqları monitorinqin nəticələrinə görə, müsabiqədə birinci yerə “Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti layiq görülüb. Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC və “Azad Azərbaycan” teleradio şirkəti ikinci yerə layiq görülüb. Müsabiqədə üçüncü yerləri isə “Azərbaycan” qəzeti, “Trendinformasiya agentliyi və “APA Holdinqtutub. FondunBirinci Avropa Oyunları dövründə Azərbaycanın milli maraqlarının təbliği sahəsində səmərəli fəaliyyətə” görə xüsusi mükafatına isə “Liderteleradiosu, Xəzər TV və “Səs” media qrupu layiq görülüblər.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova “UBM Group” şirkətinin “Birinci Avropa Oyunlarına xüsusi informasiya dəstəyinə görə” mükafatı təqdim olunub. Prezidentin köməkçisinə, həmçinin “Azərbaycanın milli maraqlarının təbliği sahəsində əldə edilmiş nailiyyətlərə görə” “Paşabank”ın və “Bakcell” şirkətinin xüsusi mükafatları təqdim edilib.

Birinci Avropa Oyunlarının informasiya təminatı sahəsində səmərəli fəaliyyətlərinə görə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyevə və şöbənin baş məsləhətçisi Ceyran Əmiraslanovaya “UBM Group” şirkətinin mükafatları təqdim olunub.

Sonra Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının təqdimatı olub. Üç dərəcə üzrə təqdim edilən mükafatlar milli mətbuatımızın inkişafında xidmətləri olan şəxslərə və KİV-lərə verilir. Birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 2, üçüncü dərəcə üzrə 5 laureat mükafatlandırılır. Üçüncü dərəcə üzrə laureatların hər birinə 1000, ikinci dərəcə üzrə 2000 manat pul mükafatı təqdim edilir. Birinci dərəcə üzə laureat isə 5000 manatla mükafatlandırılır.

Mükafatın birinci dərəcəsinə “Kaspi” qəzeti, ikinci dərəcəsinə “Bakı xəbər” qəzeti (baş redaktor Aydın Quliyev) və Jurnalistlərin Həmkarlar İttifaqı (sədr Müşfiq Ələsgərli) layiq görülüb. III dərəcə üzrə laureatlar: AMEA-nın əməkdaşı, Azərbaycanın mətbu irsinin tədqiqatçısı Esmira Cavadova, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, publisistlər Nizami Məmmədzadə və Mahmud Kamal, CBC telekanalı. Laureatlara həmçinin “Paşabank”ın hədiyyələri təqdim olunub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul - Milli Mətbuat Günü münasibətilə elan etdiyi fərdi jurnalist yazı müsabiqəsində birinci yeri tutmuş jurnalistlərə (19 istiqamət üzrə) mükafatlar təqdim edilib.

Mərasimdə dövlət orqanlarının xüsusi fəallığı ilə seçilən mətbuat xidmətlərinin və KİV-lərin rəhbərləri üçünBakcell” şirkəti tərəfindən hazırlanmış mükafatların təqdimatı da olub.

Sonda xatirə şəkli çəkdirilib. Mərasim konsert proqramı ilə davam edib.

 

“Azad media cəmiyyətin ayrılmaz hissəsidir

 

Milli Mətbuat Günü ilə bağlı tədbirlərdə Azərbaycan mediasının keçdiyi inkişaf yoluna, jurnalistlərin peşəkarlığının artırılmasına, onların problemlərinin həllinə, mətbuatımızın ölkəmizi daxildə xaricdə təmsil etməsi, beynəlxalq proseslərdə iştirakı məsələlərinə dair müzakirələr aparıldı. Prezident İlham Əliyev iyulun 21-də Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdü. Bu görüşdə dövlətimizin başçısı media ilə bağlı fikirlərini, tövsiyələrini, mətbuatın qarşısında duran vəzifələri açıqladı”.

Bu sözləri mərasimdə jurnalistlərə müsahibə verən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib. O, ölkə Prezidentinin milli mətbuatın 140 illik yubileyi ilə bağlı sərəncamına əsasən tədbirlər planı təsdiq olunduğunu mətbuat nümayəndələrinin bilavasitə iştirakı, Azərbaycan Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Prezident Administrasiyasının təşkilatçılığı ilə tədbirlər keçirildiyini diqqətə çatdırıb.

Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın inkişafında xidmətlərindən danışan Prezident Administrasiyasının rəsmisi deyib: “Ümummilli lider 1998-ci ildə media üzərindən bütün tənzimləyici mexanizmləri, senzuranı ləğv etdi, Azərbaycanda yeni nəsil medianın təməlini qoydu, müstəqil Azərbaycanda jurnalistikanın inkişafı üçün bütün lazımi şəraiti yaratdı. Bundan sonrakı dövrdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz medianın inkişafı üçün bütün zəruri işləri görür”.

Azərbaycan dövləti özünü mediadan kənar hiss etmir, medianın qayğılarını öz problemləri kimi qarşılayır. Prezident çıxışında bir daha vurğuladı ki, Azərbaycan özünü azad mediasız təsəvvür etmir azad media bizim cəmiyyətin ayrılmaz tərkib hissəsidir”, - deyə Əli Həsənov əlavə edib.

 

Mədəniyyət.-2015.- 24 iyul.- S.3.