“Nəslin nəvəsi yaşayır”

 

Xalça Muzeyində uşaqların fotosərgisi

 

İyulun 25-də Azərbaycan Xalça Muzeyində “Nəslin nəvəsi yaşayır” adlı fotosərgi layihəsi çərçivəsində tədbir keçiriləcək. Layihə uşaqlarda xalçaxalq tətbiqi sənətinə olan sevgini, diqqəti və bilikləri daha da artırmaq məqsədi daşıyır.

Muzeydən bildirilib ki, tədbirdə muzeyin dərnək üzvləri və digər uşaqların çəkdikləri fotolar nümayiş olunacaq. Bunlar uşaqların marağına səbəb olan, onların diqqətini cəlb edən xalçaya xalq tətbiqi sənətinə aid hər hansı bir əşyanın (eksponatın) şəkilləridir. Eyni zamanda uşaqların hazırladıqları fotoların yanında onlar barəsində muzey daxilində (kitabxana, mütəxəssislər) topladıqları məlumatlar da əksini tapacaq.

Ən yaxşı hazırlanmış fotolayihə münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Tədbir çərçivəsində həmçinin xalça toxunmasının nümayişi, milli geyim növləri, xalça elementləri təsvir olunmuş vərəqlərin rəngləməsi və “Face-art” nəzərdə tutulub.

 

Mədəniyyət.-2015.- 24 iyul.- S.5.