Miniatürçü rəssamın Dədə Qorqud layihəsi

 

Azərbaycanın gənc istedadlı miniatür rəssamlarından olan Pərinisə Əsgərova bu sənətə qəlbən bağlandığını deyir. Miniatür sənətini sevməyi müəllimindən öyrəndiyini deyən rəssamın fikrincə, sənət insanın zövqünü formalaşdırır: “Miniatür sənəti isə daha çətin yoldur. Bu işlə məşğul olmaq üçün mütləq miniatürü sevmək lazımdır ki, oradakı incə cizgilərə, zərif işlərə səbir edə biləsən.

Bəzən rəssamlar bir vərəq miniatürün üzərində aylarla, illərlə çalışırdılar. Bax, sənət sevgisi budur”.

İlk fərdi sərgisini 2012-ci ildə təşkil edən P.Əsgərova planları barədə də danışıb: “Hazırda Dədə Qorqud layihəsi üzərində işləyirəm. İstəyirəm ki, öz düşüncələrimlə harmoniya yaradam. İnşallah, planlaşdırıram ki, gələn il əsərlərimdən ibarət daha bir sərgi təşkil edəm”.

 

Mədəniyyət.-2015.- 24 iyul.- S.5.