Mədəniyyət işçiləri üçün səyyar yay treninqləri başa çatıb

 

“Treninqlər sübut etdi ki, öyrənmək istəyən üçün qısa müddət də yetərlidir”

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq kollegiya qərarlarının icrasını təmin edilməsi, müxtəlif profilli mədəniyyət müəssisələrində çalışan əməkdaşların peşə səriştələrinin artırılması məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən yerlərdə növbəti seminar-treninqlər təşkil olunub. Mərkəzin direktoru Ramazan Şabanov bu tədbirlərin səmərəsi, əldə olunan nəticələr barədə suallarımızı cavablandırır.

 

- Ramazan müəllim, treninqlər neçə gün davam edib və dinləyicilər nə dərəcədə maraq göstərirdilər?

- Beşgünlük treninqlərdə 40 saatlıq plan olur. Ongünlük treninqlər isə 72 saatlıq plan əsasında keçirilir. Son iki ildə beşgünlük treninqlərə üstünlük veririk. Çalışırıq ki, bu müddətdə daha dolğun şəkildə nəzəri biliklər, praktik vərdişlər, təcrübə mübadiləsi, vəzifə öhdəlikləri ilə bağlı məsələlərə aydınlıq gətirək. Dinləyicilərin treninqlərə marağı böyük idi hər bir regionda biz mütəxəssislərin daha çox öyrənmək arzusunun şahidi olduq.

Bu il ilk treninqə Gəncədə başladıq. İyunun 30-dan iyulun 4-dək Gəncə şəhərində müvafiq kateqoriyalar üzrə ətraf rayonlar da əhatə olunmaqlaKitabxana işinin təşkilində innovasiyaların tətbiqimövzusunda MKS-nin işçiləri üçün seminar-treninqlər təşkil edildi. Bu treninqlərdə 50-dən artıq dinləyici iştirak edirdi. İyulun 7-dən 11-dək Qəbələ şəhərində beş rayonu əhatə edən növbəti kurslar keçirildi mədəniyyət işçilərinə ixtisas fənləri ilə yanaşı, dünyagörüşünün artmasına xidmət edən dövlət quruculuğu mədəniyyət siyasəti haqqında da məruzələr oxundu. Qəbələdə beş rayondan 22 nəfər, sonrakı mərhələdə, iyulun 13-də Lənkəranda başlanan abidə mühafizəçiləri üçün növbəti treninqdə isə 29 dinləyici iştirak etdi. "Tarixi abidələr bu gün sabah: mühafizə problemləri" adlanan treninqlərin səmərəliliyini təmin etmək üçün dinləyicilərə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq İxtisasartırma Mərkəzinin əməkdaşları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri tərəfindən mühazirələr oxundu. Qeyd edim ki, Mədəniyyət Turizm Nazirliyinin AMEA-nın aidiyyəti institutları ilə əməkdaşlığı daimi xarakter daşıyır bununla da nazirlik mədəniyyət siyasətinin reallaşmasında elmin iştirakını təmin edir. Treninqləri aparaq üçün Bakı Dövlət Universiteti, Ədliyyə Akademiyası, AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutu, Milli Kitabxana Respublika Gənclər Kitabxanası, Şirvanşahlar Saray Kompleksinin QalaDövlət Tarix-Etnoqrafiya Qoruğunun təcrübəli mütəxəssisləri cəlb edilmişdi.

Bütövlükdə cari ilin yay treninqlərində 16 rayon əhatə olunmaqla 103 dinləyici iştirak etmiş müvafiq vəsiqələr almışlar. Treninqlər zamanı bizə dəstək olan şəhər-rayon mədəniyyət turizm idarə şöbələrinin rəhbərlərinə təşəkkürümüzü bildiririk.

- Bu qısa müddət ərzində nəsə öyrənmək mümkündürmü?

- Bu sualı bizə çoxları verirdi. Amma treninqlər sübut etdi ki, öyrənmək istəyən üçün bu müddət yetərlidir. Gəncədə olduğumuz zaman digər kateqoriyalar üzrə dinləmələrin keçirilməsini bizdən xahiş etdilər. Növbəti dəfə həmin kateqoriya üzrə mütəxəssisləri bu işə cəlb etməyi düşünürük. Diskussiyalardakı aktivlik onu nümayiş etdirirdi ki, bu layihənin səmərəsi yetərincədir. Nəticə əldə ediləcək.

- Büdcə baxımından da səmərəli layihədir...

- Əlbəttə. Hər bir dinləyici Bakıya 20 günlük kursa gələndə dövlət ona xeyli miqdarda ezamiyyə xərcləyir. Bu layihə isə 20 günlük proqramı yığcam şəkildə konkret, lazım olan müddəalarla dinləyiciyə ötürə bilir. Vəsaitə xeyli qənaət etmiş oluruq.

- Treninqin ideyası necə yarandı?

- Əvvəlcə təhlillər apardıq, yerlərdə kadr vəziyyətini araşdırdıq. Belə məlum oldu ki, yerlərdə mədəniyyət sahəsi üzrə çalışan müxtəlif kateqoriyalı işçilərin əksəriyyəti, xüsusilə kitabxana, muzey klub əməkdaşlarının 50-60 faizinin təhsili ya ortadır, ya qeyri-ixtisasdır. Cüzi bir qismi isə ali orta ixtisas təhsillidir. Bizim layihə il ərzində 62 rayondan 35 kateqoriya üzrə ixtisasartırma nəzərdə tutur. İl ərzində mərkəzimizdə 800-1100 dinləyici dərs alır. Bu, 1,5 faiz deməkdir çox kiçik rəqəmdir. Məhz ona görə səyyar treninqlər ideyasını irəli sürdük.

- Ötən beş ildə hansı nailiyyətlər əldə edilib?

- Əvvəlcə qeyd edim ki, gələn ildən qoruq işçilərini layihəyə cəlb edəcəyik iki region da bu siyahıya daxil olacaq. Muzeylərdə bələdçilər üçün ayrıca treninqlər nəzərdə tuturuq. Bunun da faydası az olmaz. Abidə mühafizəçilərinin gileyi az deyil. Bəzən tarixi abidələrə yersiz müdaxilələr olur mühafizəçinin fikri nəzərə alınmır. Düşünürəm ki, onlara müəyyən səlahiyyət verilməlidir. Tədris təhsil davamlı olmalıdır. Biz aktual mövzular üzrə dəyirmi masalar da təşkil edirik. Beş ildə əksər rayonlarda səyyar kurslar təşkil edilib bu tədbirlərdə 1400-ə yaxın dinləyici iştirak edib. Kitabxana üzrə 579, klub işi üzrə 514, muzey işi üzrə 148, abidə mühafizəsi üzrə 132 dinləyici bu treninqlərdə iştirak edərək vəsiqə alıb. Hesab edirik ki, səyyar yay treninqləri faydalı olduğundan növbəti illərdə prosesi davam etdirməliyik.

 

Lalə Azəri

Mədəniyyət.-2015.- 24 iyul.- S.6.