«Kino terminlərinin izahlı lüğəti» çapdan çıxıb

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas Əlisəfdər Hüseynovun tərtib etdiyi «Kino terminlərinin izahlı lüğəti» adlı yeni kitab «Elm və təhsil» nəşriyyatında çapdan çıxıb. C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının dəstəyi ilə işıq üzü görən nəşrin redaktoru Müşfiq Hətəmov, rəyçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovdur.

Kitabda müasir kino leksikonuna daxil olan 250-dən çox geniş yayılmış ümumişlək terminin izahı verilib, bir çox anlayışlar müasir baxımdan şərh edilib. Lüğət kinematoqrafiya sahəsində çalışan mütəxəssislər, kinoşünaslar, kino sənəti üzrə təhsil alan tələbələr, habelə ekran yaradıcılığının nəzəri-estetik problemləri ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub.

 

Mədəniyyət.-2015.- 24 iyul.- S.7.