Turizm şirkətləri yeni layihəyə başlayıblar

 

 «Təminatlı toplam tur» ölkəyə daha çox turist cəlbinə hesablanıb

 

Azərbaycanın turizm şirkətləri «Təminatlı toplam tur» adlı layihə həyata keçirir. «Victory Tour», «Millennium Tourism & Congress DMC» və «İmprotex Travel» tərəfindən reallaşdırılan layihənin avqustun 13-də bu yay mövsümü üzrə 4-cü, sonuncu mərhələsi keçiriləcək.

 

«Təminatlı toplam tur» barədə ətraflı məlumat almaq üçün layihənin müəllifi «Victory Tour» şirkətinin direktoru Vüsal Hacıyevlə söhbətləşdik. Onun sözlərinə görə, bu layihəni «Victory Tour» şirkəti 2014-cü ilin may ayından başlayıb: «2015-ci ilin mayında «İmprotex Travel» şirkətindən layihəni birgə reallaşdırmaq barədə təklif aldıq. Əslində biz özümüz də digər turizm şirkətləri ilə bu layihədə əməkdaşlıq etmək haqqında fikirləşirdik və «İmprotex Travel»in təklifi bizim fikirlərimizlə üst-üstə düşdü. Çünki «Təminatlı toplam tur»u birgə həyata keçirmək daha sərfəlidir və effektiböyükdür. Bu, layihənin daha geniş təbliği üçün də əhəmiyyətlidir. Daha sonra layihəyə «Millennium Tourism & Congress DMC» qoşuldu”.

Beləliklə, bu ilin yay turizm mövsümündə üç şirkət layihənin icrasına başlayıb və artıq birgə üç tur həyata keçirilib. Hazırda payız aylarında reallaşdırılacaq turlar müzakirə edilir.

Əsasən Rusiya bazarına hesablanmış layihə bir çox özəllikləri ilə diqqəti cəlb edir. Vüsal Hacıyev deyir ki, Rusiya bazarı onları həm yaxınlığı, həm də geniş potensialı ilə cəlb edir: «Bundan əlavə, biz bu turları Qazaxıstan və Ukraynadan olan tərəfdaş şirkətlərə də təklif edirik. Hələlik bu ölkələrdən maraq azdır, amma Rusiya şirkətləri layihəyə böyük diqqət göstərir. Onlar bu turlar üçün turist qrupları göndərirlər. Hesab edirik ki, aviareyslərdə qiymətlərin enməsi bu turlara marağı daha da artıracaq”.

«Təminatlı toplam tur» deməkdir? Həmsöhbətimiz bildirir ki, bu turların üstünlüyü ondadır ki, turistlər qrup şəklində səfər edirlər. Digər tərəfdən, hətta bir turistlə olsa, bu turlar həyata keçirilir. Yəni təminatı var heç bir halda ləğv olunmur. Bu zaman istirahət onlara sərfəli qiymətə başa gəlir: «Turun qiyməti bir nəfər üçün 298 dollardır. Bu qiymətə bələdçi xidməti, hoteldə 3 gecə qalmaq nəqliyyat xidmətləri daxildir. Turistlər bu müddətdə Bakı şəhəri ilə tanış olurlar. Onlar birinci gün proqrama uyğun olaraq Dağüstü parka gedirlər, oradan funikulyor vasitəsilə «Azneft» meydanına, sonra isə İçərişəhərə yollanırlar. Növbəti məkan Milli park, Bakı buxtası Heydər Əliyev Mərkəzidir. Sonrakı günlərdə turistləri Suraxanı qəsəbəsində «Atəşgah məbədi», Qobustan qoruğu, «Qala» Etnoqrafik Muzey Kompleksi digər tarixi mədəniyyət nümunələrimizlə tanışlıq gözləyir. Təbii ki, bu yerlərin hamısı ilə bağlı onlara bələdçilər tərəfindən ətraflı məlumatlar verilir”.

Layihənin maraqlı cəlbedici tərəflərindən biri odur ki, turda bir nəfər iştirak etsə, yenə qiymət dəyişmir: “Əgər bu təminatı olmasaydı, tur turistə 500-600 dollara başa gələrdi”.

Şirkət rəhbəri bu layihəni, maliyyə baxımdan onlar üçün riskli olmasına baxmayaraq, davam etdirəcəklərini deyir: «Az turistlə tur bizim üçün itki deməkdir. Amma bizim əsas məqsədimiz rusiyalı turistləri Azərbaycana cəlb etməkdir. Ola bilsin ki, bir neçə dəfə ziyana düşək, amma layihəni lazımi qədər təbliğ etsək, tanıtsaq, sonda effektini görəcəyik. Ən əsası da ölkəmizə çoxsaylı turistləri cəlb edə biləcəyik. Bundan əlavə, artıq Rusiyanın aparıcı turoperatorlarının saytında, kataloqunda Azərbaycana belə bir turun reallaşdırılması ilə bağlı məlumatlar daxil edilib. Düşünürəm ki, bu turpaketlə Rusiya bazarındakı şirkətləri cəlb edə bilmişik. Gələcəkdə bu turu beynəlxalq səviyyədə təbliğ etmək niyyətindəyik. Hələlik «Millennium Tourism & Congress DMC» «İmprotex Travel»lə bunu mərhələli şəkildə həyata keçiririk».

Vüsal Hacıyev deyir ki, dünya təcrübəsində belə turlar var. Amma qiymət baxımından riskə gedən az olur: «Bəzi ölkələrin turizm şirkətləri qarant olunmuş turpaket satırlar, amma qiymətini dəyişən qoyurlar. Yəni əgər turpaket 10 nəfər üçün nəzərdə tutulubsa yalnız 5 nəfər yığılıbsa, onda təyin olunan qiymət dəyişir. Bizdə isə qiymət dəyişmir, turist 1 nəfər olsa, 3-5 nəfər olsa, paketi həmin qiymətə alır».

Avqustun 13-nə planlaşdırılan sonuncu tur üçün sifarişlər aldıqlarını deyən həmsöhbətimiz bildirdi ki, layihənin getdikcə daha çox uğur qazanacağına inanır.

 

Fəxriyyə Abdullayeva

Mədəniyyət.-2015.- 24 iyul.- S.9.