Yazılı “seminar

 

Böyük yazıçı və milli-ictimai-mənəvi Müəllim İsmayıl Şıxlının ruhu qarşısında...

 

Öncə müxtəsərcə bir “mühazirə”:

Tariximizinsovet dövrüadlanan illərində saysız-hesabsız “dejurnıy” ifadələrlə bərabər, “dovşana qaç, tazıya tut”, “dünyanın düz vaxtlarında”, “bu dünyanın herti-pertisinə lənət!”, “kristal adamkimi deyimlər də çox işlənərdi. Bunlardan ən az səsləndiriləni (təmiz adamların azlığına rəğmən) sonuncu ifadə idi və mənə görə, onların ən məşhurlarından biri İsmayıl Şıxlı idi...

 

Və “seminara proloq:

Böyük Turanlı, Bütöv Azərbaycanlı, Şanlı qazaxlı - İsmayıl Şıxlı. “Qıllı qaşlar”, “həbəşi dodaqlar” (“Dəli Kür”) kimi kolorital ifadələrlə dolu qələmiylə öz böyük sənətkar imicini, zəngin aləmi, milli ziyalılığı, əfsanəvi nəfs təmizliyilə özgür şəxsiyyət obrazını, ictimai ədəb-ərkanı ilə xəlqi avtoportretini yaratmış İsmayıl Şıxlı!..

Bu qəbil, bu “qəlib” seçilmiş əsər-şəxsiyyətlər tək elə bizdə yox, bütün dünya yaradıcılığında çox azdır, əfəndilər!

 

Və nəhayət -

 

birbaşa xitab:

Böyük əfəndimiz, qəni-qəni rəhmətlik İsmayıl Müəllim!

Mən Sənin, V.İ.Lenin adına APİ-nin (indki N.Tusi adına ADPU-nun) jurnallarında adı olan tələbələrindən deyiləm. Amma Sən, o vaxtlarlegioner” tələbələri də öz mühazirələrinə - dərs dedikləri auditoriyalara cəzb edən Əli Sultanlı, Mir Cəlal, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov kimi beş-üç İşıq-Müəllimlərdən biri idinindi mən Sənin Ruhun qarşısında - o vaxtlar nə auditoriyalarda, nə dəhlizlərdə, nə yol-rizdə fürsət (və cəsarət) tapıb, üzünə deyə bilmədiklərimdən ibarət yazılı bir -

 

Dərs söyləyirəm:

 

Tələbələrinin öz fikirlərini tamamilə sərbəst, yaradıcı ifadə etmələrini çox bəyəndiyini bildiyimdən, mən də “öz dağarcığımı çəkirəm çuvallar cərgəsinə”.

İstedadlı yaradılmışların bilvasitə yaratdığı ədəbi-bədii obraz-şəxsiyyətlərlə Yaradanın bilavasitə yaratdığı bəşəri-bəndəvi şəxsiyyətlər arasında fərqlər çoxdur. Sənə ruhağrısı verməməkçün qısaca deyim ki, birincilərin taleyi qələmdən, ikincilərininki isə ...taledən asılıdır. “Birinci”lər sənət məziyyətlərindən yaranır, ikincilər həyat əziyyətlərindən. Onların bütün gərəyi-çörəyi kəllə-kəllə başdan çıxır, bunlarınkı zəllə-zəllə daşdan. Sayca orduya timsal birincilər, uzaq başı, Don Kixotvarı fabulalanır, nadir sərkərdələrə misal ikincilər isə dünya malına göz yummaq kimi - çox çətin cəbri-nəfslə...

Hə, milli “mən”i və şəxsi nəfsi öz ustad qələmindən də qəlbi Müəllim! Təvazö səbrinin darıldığını ehtimal etsəm də, müsahibi sonadək dinləmək mədəniyyətinə də bələd olduğumdan, davam edirəm.

Hər kəsin arzularında hələ deyilməmiş, yazılmamış, işlənməmiş, dadılmamış, sevilməmiş... bir söz, yazı, , təam, yar var. Mənim arzu-düşüncələrimin həsrətində isə, tam anlanılmadıqlarından ləzzəti bir qədər də artan bir neçə “müqəyyəd”, “laübalı” şəxsiyyətlər də var ki, onlardan biri Sən!

Sənin qələminlə yaranmış bədii və sənədli şəxslər, şəxsiyyətlər səhnələrdə, kino-teleekranlarda, müxtəlif formatlı məclislərdə, milyonlarla oxucu düşüncə-daşıncalarında öz təcəssüm-təcəllalarını tapıblar və sevgi dolu təəssürat, ehtiram, etimaddan ibarət bu ədəbi var, çox inam-ehtimalımla, əbədi bir “ardı varla müşayiət olunacaq. Öz aləminlə yaratdığın öz Obrazın isə...

Yəni, düşünməkdən çox yazan, hekayəcik ladında gəzişib, roman-epopeya oktavasında çığırıb-məşhurlaşanlardan fərqli olaraq - sakitcə-samitcə aləminlə yaratdığın öz Obrazın, məlum mentaliksirimiz səbəbindən hələ tamam-kamal yaranmayıb; nə ötən əsrimizin ateizm-and içimi meylli hədər-hədyan nəşriyyatlarında, nə Allahın su içimi kimi asan mailli dil-ağız, haray-həşiriyyatlarında. Hər cür təsvir imkanlarına, təfsir səlahiyyətlərinə, fırçanınkından qat-qat çox rənglərə, mat qalınası bədii epizodlar, “olanlardan dəfə-dəfə fazlaola bilən”lər təsərrüfatına sahib qələm hələ Sənin Müəllim Obrazını yarada bilməyib. Əslində, bu heç asan yaradıcılıq deyil; uzun illər o vaxtların “mərkəzi maarif-tarif bazarı” (beş-on təmiz-tarıq müəllimin ruhundan iraq) kimi tanınan birtaksaxanadakristalqala bilmək, bircə loğma haram yeməmək, çoxu maddiyyata, azı mənəviyyata möhtac tələbələrin tez-tez dəyişdiyi auditoriyalarda mövzudankənar söhbətlərini yalnız halallıq, müqəddəslik, milli vicdan, xəlqi namus, ilahi dastan, poeziya, haqq aşıqları üstdə quraraq, açıq alın, uca səslə dərs deyə bilmək - nə demək?!.

Bax, mənim bu yazılı dərsi söyləməkdə çəkdiyim çətinlik məhz Sənin o şifahiliklə yaratdığın obrazın qeyri-adi üslubu, ali monumentallığı, dəst-xətt, hüsn-rəğbət, mənəvi-psixoloji və hətta fizioloji hüsn-xətt mürəkkəbliklərilə bağlıdır, İsmayıl Müəllim!..

Deyirəm, bəlkə, Sənin bu qədər milliliyinin, özgürlüyünün bir tərəfi də Demokratik Cümhuriyyət illərimizin birində (1919) doğulmağınla bağlıdır, Müəllim?! Özü də adlı-sanlı bir kənd müəllimi ailəsində, Əlağa Şıxlinski kimi bir fenomenin əmiliyi haləsində. Hələ əsərlərindən birinin adı olmasın - dəfələrlə ayrılan yollar, calanan cığırlar, mogikan-magistrallar! İçində bu boyda istedad, gələcək nam-nişanlı görəvlərə namizəd və yarlı-yaraşıqlı bir oğlan ola-ola, görəsən, o ucqar, o qeyri-sivil Kosalar kənd orta məktəbində dərs deməyə necə “səbr pişə qılmısan” və “gər səbrin olsa da, nişə”, niyə qalmısan?

Amma bugünkü ayaqdan yanaşsaq, yaxşı eləmisən; qoy indilər, Zülali demiş, bir kotanarxı o yananı qürbət, Biləcəridən o tərəfi ucqar sayan tələbə-məzunlarımız görsünlər ki, oralarla buralar arasında bir vətəndaşlıq-gödəndaşlıq qədər fərq, bir beşik-eşik kadar fark var. Elə Sən təfəkkürlü, Sən zabitəli bir gəncin müharibədə zabit oluban yox, sıravi əsgər kimi döyüşməyin də - o zamanlar hər “veliko”-əmrə “yest!” deyib “lıçka” alanlara bir görk!..

Buavtoportretin daha hansı cizgilərilə ilgilənməli, daha nələri -

 

Bəyanlamalı?..

 

İyirmi doqquz yaşından Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri, Azərbaycan Yazıçılar Birliyinin katibi, “Azərbaycan” jurnalının baş redaktoru, SSRİ Yazıçılar İttifaqının katibi, Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri, neçə-neçə ordenlər, fəxri fərmanlar, mükafatlar, Xalq yazıçısı...

Heç bir dəftər-kitaba düşməmiş görəvlərin də çox olub, İsmayıl müəllim! Onlardan biri də - Sənin qüdrətli “Dəli Kürünün az (əslində, o vaxtlarçün ən çox - 80 min) tirajla çap edilməsindən danışan universitet tələbələrindən birinin “dənizkənarı idarə”yə çağırılıb suçlanması. O tələbədən soruşmuşdular ki, niyə ictimai yerdə (çayxanada!) ağzını allah (o vaxtlar Allah kiçik hərflə anılırdı) yoluna qoyub deyirmişsən: “Sovet-sosialist bərabərliyi budurmu ki, eyni istedad və zəhmətlə yazılmış “Sakit Don” 8 milyon, “Dəli Kür” isə 80 min tirajla buraxılır?! Şoloxov üç milyon manat qonorar almalıdır, Şıxlı otuz min?!.”

Yox, Sənin portretinin çoxqoşa saatlara belə sığışmayası cizgilərini bir qəzetlik dərsdə söyləyib-sonlamaq mənlik deyilmiş, Müəllim! Bu məsələ bütöv bir sessiya işidir ki, sağlıq olsun...

Sənin sənətkarlıq portretindən isə heç söz aça bilmədim, böyük İsmayıl Ədib! Çox təəssüflər ki, yuxarıda bir “piştaxta”sına toxunduğum Azərbaycan “bazar”ında bu sarıdan (və sıradan) tarixən kasadlıq olub - Füzulinin alınmayan “salam”ından üzü geri, Mirzə Cəlilin sobada yandırdığı kəlamından üzü bəri, Məmməd Arazın “Görüm ayılmasın - gec ayılanlar!” qarğışından yönü Güneyə, üzü Dərbəndə, İrəvan xanlığına, Borçalı mahalına, Qarabağa...

Şəxsiyyət millətdə nə qədər ciddi məsələymiş, İsmayıl Müəllim! Bir zərb-məsəl tərsi olmasın: “Min yazanın olunca, beş-on şəxsiyyət-ozanın olsun”...

Ey milli qənimət Kişi, sonda, öz aləminlə bütün qələmlərdən, cəmi fırçalardan daha canlı yaratdığın şəxsiyyət avtoportretinə bağır basaraq, 1995-ci il iyulun 26-da getdiyin ruhlar aləminə qəni-qəni rəhmət...

 

Tahir Abbaslı

Mədəniyyət.-2015.- 24 iyul.- S.15.