Xalq artisti Sofiya Hüseynova vəfat edib

 

Azərbaycan mədəniyyətinə itki üz verib. Xalq artisti, Prezident təqaüdçüsü Sofiya Hüseynova iyulun 30-da, 89 yaşında dünyasını dəyişib.

Sofiya Həsən qızı Hüseynova 1926-cı il fevralın 17-də Naxçıvanda anadan olub. Anası Xədicə Qazıyeva Naxçıvan teatrının ilk azərbaycanlı aktrisası idi. Onun yolunu davam etdirən Sofiya hələ orta məktəbdə oxuyarkən uşaq rollarında səhnəyə çıxıb. 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala Dram Teatrında işlədikdən sonra yenə Naxçıvana qayıdıb. Uzun illər C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası olub. 1950-ci illərdə bir müddət Naxçıvanın «Araz» Dövlət Mahnı Rəqs Ansamblında rəqs qrupunun solisti kimi fəaliyyət göstərib.

Naxçıvan teatrında tamaşaya qoyulmuş Azərbaycan dünya dramaturgiyasının ən gözəl nümunələrində yaddaqalan obrazlar yaradıb.

Aktrisa 1 iyun 1974-cü ildə Azərbaycanın Əməkdar artisti, 1 dekabr 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 1996-cı ildə «Şöhrət» ordeni ilə təltif edilib. 2002-ci ildən Prezident təqaüdçüsü idi.

Mədəniyyət Turizm Nazirliyinin rəhbərliyi kollektivi Xalq artisti Sofiya Hüseynovanın vəfatından kədərləndiyini bildirir mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.-2015.- 31 iyul.- S. 2.