Qəbələ festivalı - klassik musiqi və
muğamlarımızın sənət ahəngi
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu il yeddinci dəfə keçirilən Qəbələ festivalı mədəniyyətlərarası dialoqa, fərqli musiqi sənətlərinin təmasına mühüm töhfədir. Səkkiz ölkədən kollektivlərin, solist və dirijorların qatıldığı Qəbələ VII Beynəlxalq Musiqi Festivalında ənənəvi olaraq klassik və kamera musiqisi ilə bərabər milli muğamımıza da yer ayrılıb.
Muğam axşamı sənətsevərlərə
yüksək zövq yaşadıb
İyulun 29-da açıq havada keçirilən muğam axşamına sənətsevərlər xüsusi maraq göstəriblər. Tamaşaçılara yüksək sənət zövqü yaşadan konsertdə tanınmış gənc xanəndələr - II Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Filarmoniyasının solisti Ehtiram Hüseynov, bir sıra müsabiqələrin mükafatçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Arzu Əliyeva, “Muğam Televiziya Müsabiqəsi-2011”də üçüncü yeri tutan Nigar Şabanova, 2007-ci ildə keçirilən muğam müsabiqəsində II yerə layiq görülən Abgül Mirzəliyev çıxış edib.
Muğam ifaçılarını tarda Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, Prezident mükafatçısı Sahib Paşazadə, kamançada Azərbaycan Milli Konservatoriyasının müəllimi Toğrul Əsədullayev, nağarada Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin üzvü Emin Cəbrayılov müşayiət ediblər. İstedadlı xanəndələr Azərbaycanın xalq mahnılarını, muğamları və təsnifləri məharətlə ifa ediblər. Ümumilikdə 1500-ə yaxın tamaşaçının izlədiyi konsert iki saat davam edib və konsert alqışlarla başa çatıb.
Cahangir Qarayevin fortepiano üçün
sonatasının təqdimatı:
39 il sonra
Festival çərçivəsində
Azərbaycanın fortepiano və
bəstəkarlıq məktəbinin
parlaq nümayəndələrindən
biri olan Cahangir Qarayevin (1950-2013) sonatasının təqdimatı
olub. Festivalın bədii
rəhbəri, Üzeyir
Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının rektoru,
professor Fərhad Bədəlbəylinin
elmi redaktorluğu ilə nəşr edilən üçhissəli
əsər dünyadan
vaxtsız köçmüş
gözəl bəstəkarın
və pianoçunun
65 illik yubileyinə həsr olunub.
Bakı
Musiqi Akademiyasının
orta ixtisas musiqi məktəb-studiyasının
direktoru, Əməkdar
incəsənət xadimi,
sənətşünaslıq doktoru, professor Tərlan Seyidov bildirib ki, BMA-nın məktəb-studiyasının arxivində
Cahangir Qarayevin əlyazmasının surəti
qalıb. Onu nəşrə hazırlayan
zaman sonatanın not mətnini bərpa və redaktə etmək üçün böyük iş görülüb. Yenidən yığılan
mətnlə yanaşı,
itirilmiş əlyazmanın
əslinin reproduksiyasının
nəşrə əlavədə
yerləşdirilməsi onu
daha dəyərli edib.
Təqdimatı açan sənətşünaslıq
doktoru Ceyran Mahmudova Cahangir Qarayevin yaradıcılığının
əsas mərhələlərini
xarakterizə edərək
bildirib ki, 1976-cı ildə yazdığı
fortepiano üçün sonata onun yaradıcılığında
xüsusi yer tutur. Burada sonata formasının sərbəst traktovkası
bədii təfəkkürün
dərin milli zəmininə söykənir.
Sonatada təkcə dil vasitələri, forma detalları
səviyyəsində deyil,
daha əhatəli səviyyədə - musiqi
dramaturgiyası səviyyəsində
muğamın stilistik
qanunauyğunluqları ilə
əlaqə üzə
çıxır.
Cahangir Qarayevin
əsəri məktəb-studiyanın
müəllimi, pianoçuların
beynəlxalq müsabiqəsinin
laureatı Fəqan Həsənlinin yüksək
bədii interpretasiyasında
təqdim olunub. Sonata onun virtuoz ifasında
coşqun improvizasiya kimi səslənib və dinləyicilər tərəfindən böyük
maraqla qarşılanıb.
Skripka, violonçel və
piano ifaçılarının konserti
İyulun 30-da Heydər Əliyev Konqres Mərkəzində
festivalın daha bir maraqlı konserti təqdim olunub. Konsert skripka, violonçel
və piano ifaçılarının
beynəlmiləl tərkibi
ilə seçilib.
Proqramda
“Kiyev solistləri” Milli Kamera Ansamblının
bədii rəhbəri,
“Candia Piano Trio” ansamblının təsisçisi olan ukraynalı Aleksey Yasko (skripka), beynəlxalq
festival və müsabiqələrin
iştirakçısı ingiltərəli
Tomas Blax (piano), rusiyalı
Aleksandr Rojdestvenski (skripka), “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru, “Grammy” mükafatı
laureatı olan violonçel ifaçısı,
Qəbələ Beynəlxalq
Musiqi Festivalının
bədii rəhbəri
Dmitri Yablonski (ABŞ-Rusiya)
çıxış edib.
Onlarla yanaşı səhnəyə Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Filarmoniyasının
direktoru Murad Adıgözəlzadə, P.İ.Çaykovski
adına Ukrayna Milli Musiqi Akademiyasının
müəllimi, beynəlxalq
müsabiqələrin qalibi
Taras Yaropud (skripka), Ukraynanın
“Chamber Art Music” festivalının bədii rəhbəri Yuri
Poqorejski (violonçel)
və tanınmış
pianoçu Oksana Yablonskaya (ABŞ-Rusiya) çıxıb.
Konsertdə Avropa bəstəkarlarının
əsərləri səsləndirilib. P.İ.Çaykovskinin, Ç.Koreanın, G.Eneskunun,
L.V.Bethovenin böyük
ustalıqla ifa olunan klassik əsərləri musiqisevərlərin
zövqünü oxşayıb.
Səhnədə “Moskva virtuozları”dır
Həmin gün axşam festivalın açıq səma altındakı səhnəsində məşhur
“Moskva virtuozları” kamera orkestrinin (Rusiya) konserti olub. Proqramda V.A.Motsart
-“Xəyali bağban qız” operasına uvertüra, 29 saylı simfoniya, İ.Haydn - “Violonçel və orkestr üçün “Konsert D dur”, K.Veber -“Klarnet və simli alətlər
üçün introduksiya,
mövzu və variasiyalar” səslənib.
Konsertə Paul Meyer dirijorluq edib. Solist Dmitri Yablonski (cello) idi.
Qeyd edək ki,
iyulun 31-də, festivalın sonuncu günü “Moskva virtuozları” kamera orkestri daha bir
konsert proqramı ilə
çıxış edəcək.
Mədəniyyət.-2015.- 31 iyul.-
S. 3.