Azərbaycan alimi
Türkiyədə beynəlxalq simpoziumda
çıxış edib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun folklor və yazılı ədəbiyyat şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Fidan Qasımova Türkiyənin Antalya şəhərində keçirilən “Altay topluluqları: din və inanc ayinləri - dil və tarix məsələləri” adlı beynəlxalq simpoziumda məruzə ilə çıxış edib.
İyulun 20-dən 22-dək
davam edən simpoziumda
Azərbaycan, Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Rusiya,
Koreya, Yaponiya, Almaniya, Macarıstan, Bolqarıstan və ABŞ-dan 150-dək elm
adamı iştirak edib.
Tədbirdə Altay topluluqlarının din, dil, tarix,
yaşayış, adət-ənənə və inancları
ilə bağlı araşdırmaların nəticələri
müzakirə edilib. Simpozium
çərçivəsində Korkuteli rayonuna aid olan
İmecik yaylasına çıxan alimlər
burada köçərilərin adət-ənənələri
və həyat tərzlərini yerində araşdırmaq
imkanı əldə ediblər.
Mədəniyyət.-2015.- 31 iyul.-
S. 5.