Azərbaycanın termal turizm imkanları böyükdür

 

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının ekspertləri təəssüratlarını qəzetimizlə bölüşdülər

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının «Termal şəhərlər» beynəlxalq mədəni marşrutuna qoşulması ilə bağlı layihənin eksperti Mişel Tomas Pinet və Türkiyənin Bursa valisinin müavini Əhməd Hikmət Şahin iyulun 22-dən 29-dək ölkəmizdə səfərdə olublar. Qonaqlar səfər müddətində Azərbaycanın termal turizm imkanları ilə tanış olmaq üçün bir sıra bölgələrini ziyarət ediblər. Onların bu barədə fikirlərini və səfər təəssüratlarını öyrəndik.

 

Assosiasiyaya üzvləri üç əsas xüsusiyyətinə görə seçirik

 

Suallarımızı əvvəlcə Mişel Tomas Pinet cavablandırdı:

- Bu mənim Azərbaycana ilk səfərim deyil. 9 il əvvəl ölkənizdə olmuşdum. Bakıda səfər etdiyim bölgələrdə inanılmaz dərəcədə böyük inkişaf gördüm. Birhəftəlik səfər çərçivəsində həm Bakını gəzdik, həm Masallı, Qəbələ Siyəzən rayonlarının termal su mənbələri ilə tanış olduq, turizm infrastrukturunu gördük. Bu rayonların tarixi haqqında da bizə geniş məlumatlar verildi.

- Azərbaycanın termal turizm potensialını necə qiymətləndirirsiniz?

- Masallıdakı «İstisu», Qəbələ rayonunda fəaliyyət göstərən «Yengicə» Şabran rayonundakı «Qalaaltı» termal sanatoriyalarının hər biri bir neçə xəstəliyin təbii sularla müalicəsini həyata keçirir. Buradakı suların şəfaverici xüsusiyyəti məlumdur artıq. Amma mən bu məkanlarda qurulan infrastrukturu xüsusilə qeyd etmək istəyirəm. Bütün istirahət mərkəzləri Avropa standartlarına cavab verəcək səviyyədədir. Burada həm müalicə olunmaq, həm əylənmək, gəzmək, təbiətdən zövq almaq mümkündür. Çünki bu rayonların havası da bir ayrı aləmdir.

- Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının fəaliyyəti nədən ibarətdir?

- Bizim assosiasiya termal şəhərlər arasında bir əlaqə vasitəsi rolunu oynayır. Assosiasiyamıza üzvlük üçün müraciət edən şəhərləri əsasən üç xüsusiyyətinə görə seçirik. Birincisi, bu şəhərin qədim zəngin tarixi keçmişi olmalıdır, ikincisi, termal sularla zəngin olmalıdır, üçüncüsü isə müasir tələblərə cavab verən infrastrukturu - hotelləri, yolu, hava limanı s. olmalıdır. Bununla bərabər, həmin şəhərlərin musiqi, mədəniyyət mərkəzi rolunu da oynaması bir üstünlük sayılır.

Azərbaycanın Mədəniyyət Turizm Nazirliyinin bizimlə əməkdaşlıqda fəallığını xüsusilə qiymətləndirmək istərdim. Ötən ilin noyabrında Avropa Birliyinin toplantısına sizin nazirlik qatıldı. Orada iki məsələ ətrafında fikir mübadiləsi aparıldı. Bunlardan biri qədim əlyazmalar, ikincisi isə termal sularla bağlı idi. İkinci məsələ bizim diqqətimizi cəlb etdi Mədəniyyət Turizm Nazirliyinin yaxından dəstəyi ilə assosiasiyanın nümayəndələri az vaxt içərisində Azərbaycana səfər etdi, termal sularla bağlı buradakı durumu dəyərləndirdi.

- Qayıtdıqdan sonra Azərbaycanla bağlı hansı işləri görməyi planlaşdırırsınız? Sizcə, assosiasiyanıza üzv olmaq üçün hansı şəhərin daha çox şansı var?

- Tanış olduğumuz hər üç bölgənin imkanlarını bir daha nəzərdən keçirəcəyəm. Qərar verərkən təbii ki, Mədəniyyət Turizm Nazirliyinin mövqeyi nəzərə alınacaq. Sonra bir arayış hazırlayacağam. Bu arayış Bursada keçiriləcək Texniki Komitənin iclasında müzakirə olunacaq müvafiq qərar veriləcək. Bundan sonra üzv şəhərlər arasında əlaqələr yaranmağa başlayacaq.

Biz öz növbəmizdə seçilmiş Azərbaycan şəhəri haqqında bildiklərimizi paylaşacağıq. Bu mənada xüsusilə şəhərin tarixi ilə bağlı məlumatlara geniş yer verəcəyik. Çünki Avropadakı insanların buradakı tarixlə bağlı bilgiləri azdır. Eləcə termal turizm haqqında məlumatları digər şəhərlərin bu sahədə fəaliyyət göstərən qurumlarına çatdıracağıq.

Turizm baxımından bizim işimiz Qərbi Avropanı Şərqi Avropa ilə yaxınlaşdırmaq, eyni zamanda termal turizm baxımından dünyada baş verənlərə öz töhfəmizi verməkdir. Bursa Türkiyənin qədim bir şəhəridir. Türkiyə isə Orta Şərqə, Qafqazlara yaxın ölkədir. İspaniya mədəniyyətinə görə Cənubi Amerikaya daha yaxındır. Böyük Britaniyanın Bat şəhərinə ildə təkcə Çindən 300 mindən çox insan gəlir. Bu baxımdan biz marketinqi düzgün qurub bazarı da inkişaf etdirməliyik. Bunun üçün belə yaxınlaşmalar mütləqdir. Məsələn, Bursa ilə Azərbaycanı, İspaniya ilə Cənubi Amerikanı bir araya gətirmək kimi. Beləliklə, dünya turizm tortundan böyük bir parçanı termal turizm şəhərlərinin almasını həyata keçirmək istəyirik.

 

Beynəlxalq təşkilatların zəmanəti turistlər üçün çox önəmlidir

 

Növbəti suallarımızı Əhməd Hikmet Şahinə ünvanlayırıq:

- Əhməd bəy, bildiyimiz qədər Bursa vilayəti Türkiyədə özünün müalicəvi kurortları ilə tanınır. Şəhəriniz vaxtdan Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının üzvüdür bu quruma üzvlük sizə verib?

- Biz 2013-cü ildə bu assosiasiyaya üzv olmuşuq. Bursa həqiqətən termal turizm imkanları geniş olan bir şəhərdir. Bizdə bu istiqamətdə fəaliyyət göstərən hotellər istirahət mərkəzləri çoxdur. O ki qaldı bu quruma üzvlüyün faydasına, əvvəlcə onu qeyd etməliyəm ki, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına üzv olmaq istəyən şəhər bir turizm məkanı kimi tanınmalıdır. Həmin şəhər üzv olduqdan sonra mövcud çatışmazlıqları da aradan qaldırmalıdır. Çünki üzvlük bunu tələb edir. Digər tərəfdən, bu assosiasiyaya üzv olmaqla, termal şəhərlərin bir növ təbliğatı aparılır. Belə ki, qurum öz üzvləri haqqında məlumatları internet saytında, qəzet jurnallarında yerləşdirir. Assosiasiya eyni zamanda öz üzvlərinin keyfiyyətli xidmətinə, müalicəvi sularına zəngin tarixinə təminat verir. Bu da təbii ki, termal turistlər üçün çox əhəmiyyətlidir. Onlar Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının üzvü olan şəhərlərə heç bir tərəddüdsüz gedirlər. Bursadakı yaxud Azərbaycandakı termal sanatoriyalar yerli turist baxımından heç bir çətinlik çəkməzlər. Amma xarici turistləri bu məkanlara cəlb etmək üçün belə qurumlara üzv olmaq çox böyük əhəmiyyət daşıyır. Çünki insanlar məhz belə təşkilatların zəmanətinə çox önəm verirlər. Termal su mənbələri hər yerdə var. Əsas odur ki, onların haqqında tanınmış mütəxəssislərin fikirləri müsbət olsun.

Bursa ilə birlikdə Avropanın 31 şəhəri Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının üzvüdür. Bu üzvlər arasında elə şəhərlər var ki, onlar bütün dünyada kifayət qədər tanınır, reklama ehtiyacları yoxdur. Amma bununla belə, assosiasiyanın bir parçası olmağa üstünlük verirlər. Çünki bunun faydasını anlayırlar.

- Azərbaycanın bir neçə termal su mənbələrində oldunuz. Ölkəmizin bu baxımdan potensialı barədə deyə bilərsiniz?

- Potensial çox genişdir. Üstəlik müxtəlifdir. Yəni getdiyimiz hər bölgədəki termal sular müxtəlif xəstəliklərin dərmanıdır. Həmkarım kimi, mən su mənbələrinin yanındakı infrastrukturu yüksək qiymətləndirirəm. Getdiyimiz bütün sanatoriyalarda peşəkar həkim heyəti çalışır. Onlar xəstələri hərtərəfli yoxlayıb, sonra təyinatı üzrə müalicə proseduru təyin edirlər. Bu çox önəmlidir belə olmalıdır.

 

Azərbaycanda son 10 ildəki dəyişikliyi möcüzə adlandırmaq olar

 

Söhbətimizin sonunda Əhməd bəy Azərbaycanda turizmin inkişafı haqqında da təəssüratlarını söylədi: «Sonuncu dəfə Azərbaycana 2005-ci ildə gəlmişəm. O vaxtkı Azərbaycanla indiki arasında dünyalar qədər fərq var. Bakı çox gözəl, modern, təhlükəsiz, insanın rahatlıqla gəzə biləcəyi bir şəhərə çevrilib. Qəbələ artıq bir turizm mərkəzidir. Burada dünyanın istənilən yerindən insanların gəlib istirahət edə bilməsi üçün yüksək səviyyəli infrastruktur mövcuddur. Masallının təbiəti, havası gözəldir. O ki qaldı Qalaaltına, bura bizə çox ləzzət elədi. Bu məkanın həm qədim tarixi var, həm buradan Xəzər dənizi görünür. Mənim fikrimcə, Azərbaycan yaxşıya doğru çox dəyişib. 10 ildə belə bir dəyişikliyi bir möcüzə adlandırmaq olar. Mən bir türk olaraq qürur hissi keçirirəm.

 

Fəxriyyə Abdullayeva

Mədəniyyət.-2015.- 31 iyul.- S. 7.