Erməni siyasətində “mədəniyyət”in
rolu
Hər dəfə erməni informasiya portallarını nəzərdən keçirəndə erməni strateqlərinin olduqca konkret siyasi vəzifələrin reallaşdırılmasında mədəni amillərlə necə “jonqlyorluq” etmələri ilə təkrar-təkrar rastlaşırsan.
Həmin saytlardakı materialları diqqətlə oxuduqda o saat aydın olur ki, onlar bütün səylərini tarixi və konkret faktları saxtalaşdırmağa yönəldiblər.
Başqa sözlə, onlar bu gün olduqları vəziyyətdən daha çox guya tarixlərində olmuş hadisələrdən danışırlar. Onların hakimiyyətini başa düşmək olar, bugünkü vəziyyətin - maniakal iddiaların və Azərbaycan torpaqlarının qanunsuz işğalının bilavasitə nəticəsi olduğunu etiraf etmək çox çətin, tarixi uydurmaq isə daha asandır. Bunun nəticəsidir ki, bu ölkə Azərbaycanın təşəbbüskarı olduğu bütün regional layihələrin autsayderi olub.
Bu mövzuya dəfələrlə toxunmuşuq. Lakin bu çox azdır. Onların mədəni-tarixi saxtalaşdırma siyasəti dərin köklərə malikdir. Əslinə baxılırsa, bu ölkənin təkcə tarixi deyil, “dövlət” “Daşnaksutyun” ideologiyası da saxtakarlıq üzərində qurulub.
Kiçik, amma məzmununa görə olduqca açıq və sənədlərə əsaslanan bir misal çəkəcəyəm. Yəni Aleksandr Qriboyedovun rus imperatoruna məktubdan bir parça: “Zati-aliləri, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə bir tayfadandırlar ki, bir neçə onillik burda yaşayıb, sonra bütün dünyaya car çəkməyə başlayacaqlar ki, bu bizim atalarımızın və əcdadlarımızın torpaqlarıdır”.
O qədər ifadəlidir ki, bu sözləri şərhsiz qoymaq olar. Lakin fakt fakt olaraq qalır: yalan, saxtalaşdırma və təbliğat - erməni dövlətçiliyinin ideoloqlarının ən çox sevdiyi metodlardır.
Razılaşın ki, tanış vəziyyətdir. Tarixdə bu cür konkret misallar kifayət qədərdir. Bu xalqın milli xüsusiyyətlərini səciyyələndirən sənədli sübutlar da var.
Misal üçün, Vladimir Mayakovskinin bu xalqın xüsusiyyətləri haqqında məşhur fikirləri kimi parlaq şərhlər.
Əlbəttə ki, siyasi etika baxımından onların üstündən keçmək olar, lakin bu faktların tarixdən silinməsi mümkün deyil. Bu ölkənin istənilən informasiya portalında ən azı beş analitik materialdan birinin “soyqırımı”na, ölkənin “zəngin” tarixinə və sıravi erməni xalqının qarşılaşmaq məcburiyyətində olduğu bütün problemlərdə Azərbaycanın təqsirləndirilməsinə həsr edilməsi də məhz bu “erməni istedadı”nın izahıdır.
Tarix sübut edir ki, əsasında məhz mədəni-dini amillərin yer aldığı münaqişələr iştirakçılarının tutduğu mövqelərinə görə ən uzunsürən və prinsipial olurlar.
Məhz bu amillər münaqişələrə sabit davamlılığı təmin edir və münaqişə predmetinin tədricən ümummilli “paranoyya”ya çevrilməsinə səbəb olur.
“Daşnaksutyun” siyasəti və ideologiyası bu ehtimalın ideal sübutudur. Qeyd olunan amil Dağlıq Qarabağ münaqişəsinin təhlili zamanı heç bir halda diqqətdən qaçırılmamalıdır.
Hətta ehtimal etmək olar ki, erməni siyasətinin əsas institutları: bu ölkənin hökuməti, erməni diasporu və erməni kilsəsidir. Bu zaman onların vaciblik dərəcəsinə və dövlət siyasətinin məzmununa və istiqamətinə təsir göstərmək iqtidarına görə ardıcıllığını müəyyən etmək olduqca çətindir.
Təəssüf ki, Ermənistanda hətta “kilsə” belə ideoloji dayaq və siyasi vəzifələrin reallaşdırılması üzrə müəyyən bir koordinasiya mərkəzi kimi çıxış edir.
Etiraf etmək lazımdır ki, bütün bunlar - potensialını politoloq-strateqlərimizin, əfsus ki, hələ də lazımi qədər qiymətləndirmədiyi - “yumşaq güc” siyasətinin (soft power) təzahürüdür.
Bununla belə müasir qlobal tendensiyaların xarakteri və bir sıra mövcud problemlərin həlli yollarının axtarışı onu deməyə imkan verir ki, mədəniyyətin siyasi əhəmiyyətinin artması istər Azərbaycan, istərsə də bütövlükdə qlobal beynəlxalq münasibətlər sistemi üçün qaçılmaz perspektivdir.
Təkrar olsa da, mədəniyyətin siyasi perspektivliyinə işarə edən bir neçə əsas arqumenti qeyd etməyi vacib hesab edirəm. Mədəniyyət - milli ideologiyanı möhkəmləndirən özüldür, hansı ki, bütövlüyü təmin edir və mənəvi-hüquqi ruhu müəyyən edir; mədəniyyətin tənəzzülü labüddən milli ideologiyanın dağılmasına doğru aparır; mədəniyyət - həmçinin vətənpərvərlik mənbəyidir.
Müharibə vəziyyətində olan bir ölkə üçün vətənpərvərlik - müstəsna əhəmiyyətli keyfiyyətdir; mədəniyyət ölkənin beynəlxalq imicinin formalaşmasında əsas vasitə kimi çıxış edir.
Burada beynəlxalq müttəfiqlərinin sayının artırılması uğrunda mübarizədə dövlətin xarici görünüşünün rolunu xatırlatmaq lazımdır, bu da diplomatiyanın strateji vəzifəsidir; xalqın mədəni yaddaşı - qloballaşma və total unifikasiya şəraitində özünəməxsusluğun qorunub saxlanılmasında əvəzedilməz amildir; mədəniyyət nəsillərin varisliyini təmin edir və ayrı-ayrı fərdlərin mədəni özünüeyniləşdirməsinin amili kimi çıxış edir; mədəniyyət - modernləşmənin və özünütəşkilin universal mexanizmidir.
Yuxarıda sadalanan arqumentlərin, demək olar ki, hər biri Azərbaycan siyasi gerçəkliyi üçün “mədəniyyət” və “mədəni mexanizmlər”in aktuallığından xəbər verir. Həmçinin o da aydın görünür ki, “soft power” saxtalaşdırmalar, yalan, mədəni irs elementlərinin mənimsənilməsi, maraqların lobbiçiliyi və özgə ərazilərinin qanunsuz işğalına yönəlmiş çoxəsrlik erməni siyasətinə qarşı mübarizədə strateji və prioritet istiqamətlərdən biri olmalıdır.
Bundan əlavə, bir sıra ölkələrin müasir
siyasi praktikası sübut
edir ki, tank, silah və insan ölümü ilə
beynəlxalq səviyyədə tanınmaq, üstəlik beynəlxalq
rəğbəti qazanmaq çox
çətindir.
Asif Usubəliyev,
siyasi elmlər üzrə fəlsəfə
doktoru
Mədəniyyət.-2015.- 31 iyul.-
S. 10.