İrəvan xanlığı haqqında kitab Türkiyədə nəşr olunub

 

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü və dəstəyi ilə Prezident Kitabxanasının şöbə müdiri, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi, “İrəvan xanlığı” monoqrafiyasının müəlliflərindən olan Nazim Mustafanın yeni kitabı Ankarada çap olunub. “İrevan şehri. Türk-İslam varlığı nasıl yok edildi” adlı kitabBerkan Yayınevi” nəşriyyatında işıq üzü görüb. Nəşrə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovön söz” yazıb.

Kitabda Azərbaycanın qədim siyasi və mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin tarixi keçmişi, etnik tərkibi, memarlıq abidələri və onların aqibəti, sənətkarlıq nümunələri, İrəvan teatrı, ədəbi mühiti, mətbuatı, elm, mədəniyyət və dövlət xadimləri barədə ətraflı məlumat verilir. Həmçinin bu gün Ermənistan dövlətinin paytaxtına çevrilən İrəvan şəhərində XX əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlar, soyqırımları və etnik təmizləmə siyasəti haqqında sənədlərin dili ilə söhbət açılır.

 

Mədəniyyət.-2015.- 31 iyul.- S. 13.